Icma.az
close
up
RU
“Uçan taksi”nin sürücüsü dövlət xəstəxanasını özəl tibb mərkəzinə dəyişib: könüllü, yoxsa məcburi?

“Uçan taksi”nin sürücüsü dövlət xəstəxanasını özəl tibb mərkəzinə dəyişib: könüllü, yoxsa məcburi?

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda BYD markalı avtomobilin böyük qəzaya səbəb olaraq tunelə düşməsi gündəmdə yerini hələ də qoruyur. Taksi sürücüsü tez-tez açıqlama verir, hətta onun üçün yardım olaraq çox az məbləğ toplandığını bildirir. Aprelin 15-də isə Anar Nəcəfovun xəstəxanadan evə buraxıldığı məlum olub. Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyi (TƏBİB) 1974-cü təvəllüdlü pasiyentin öz istəyi ilə belə addım atıldığını bildirib. Taksi sürücüsünün oğlu Elvin Nəcəfov rəsmi açıqlama ilə razılaşmır.

Bizimyol.info xəbər verir ki, Anar Nəcəfov Sabunçu Tibb Mərkəzinə aprelin 10-u saat 15:10-da gətirilib. İlkin diaqnoz müxtəlif sınıqlar qeydə alıb. TƏBİB-in açıqlamasında deyilir: “Aparılan ətraflı instrumental müayinələr nəticəsində sol dizin kəsilmiş yarası, sağ qamış sümüyünün kondiluslardan keçən açıq yerdəyişmiş sınığı, sol bud sümüyünün kondilusunun yerdəyişmiş sınığı, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. Pasiyent müalicəsinin davam etdirilməsi üçün özəl tibb müəssisəsinə müraciət edəcəyini bildirib və öz istəyilə tibb müəssisəsindən buraxılıb”.

Taksi sürücüsünün oğlu atasının xəstəxanadan məcbur çıxarıldığını iddia edir. Onun dediyinə görə, Anar Nəcəfov xəstəxanadan yardım pulları ilə bağlı video çəkərək paylaşdığına görə tibb müəssisəsindən uzaqlaşdırılıb. BYD markaı avtomobilin sürücüsü müalicəsini özəl tibb müəssisəsində davam etdirir.

“Baş həkim yaxınlaşaraq atama buradan çıxmalı olduğunu deyib. Atam Əhmədlidə Diaqnoz Tibb Mərkəzinə yerləşdirilib. Burada günü 250 manata müalicə alır. Əməliyyat üçün 10 min manat pul lazımdır”-deyən Elvin Nəcəfov bildirir ki, atasının kart hesabına 90 min manat yığılması doğru deyil. Uzağı 4-5 min manatdan söhbət gedə bilər. Taksi sürücüsünün oğlu hətta əməliyyatın belə, atasının yeriməsinə zəmantə vermədiyini deyir. Yaxın günlərdə Anar Nəcəfovun səhhətinə bir az da aydınlıq gələcək.

Aprelin 10-da BYD markalı avtomobil Ələsgər Qayıbov küçəsi ilə Heydər Əliyev prospektinin kəsişməsində ağır qəzaya səbəb olmuşdu. Nəticədə ən ciddi xəsarəti taksi sürücüsü Anar Nəcəfov almışdı. Tuneldə hərəkət edən “Ford” markalı avtomobil aşsa da, sonradan həmin maşının sürücüsü Emin Bağırov xəsarət almadığını açıqlamışdı.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Aprel 2025 12:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri