Icma.az
close
up
RU
Ucar sakini texnikasının Sea Breaze də qəsdən yandırıldığını iddia edir, qarşı tərəf isə... FOTO

Ucar sakini texnikasının Sea Breaze də qəsdən yandırıldığını iddia edir, qarşı tərəf isə... FOTO

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ucar rayonu, Alpout kənd sakini Abbasov İbrahim Qüdrət oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Nardaranda yerləşən "Sea Breaze" ərazisində - “Dəmir Yumruq” şirkətində çalışıb sonradan qərəzli olaraq texnikası yandırılıb:

“Mən, Abbasov İbrahim Qüdrət oğlu, yazaraq başıma açılan haqsızlığı diqqətinizə çatdırmaq istəyirəm.

Bildirim ki, oğluma məxsus “Bobcat-Teleskop” yükləyici texnika ilə Nardaranda, "Sea Breaze" ərazisində işə dəvət aldım. 2 ay orada işlədim. Aylıq əmək haqqımı gecikdirdikləri üçün söz-söhbətimiz olurdu. 2-ci ay da eyni qaydada əmək haqqımı gecikdirdilər. Bu dəfə şirkətin səlahiyyətli nümayəndələrindən olan Turqut adlı şəxs mənə "texnikanı ərazidən uzaqlaşdır", - dedi. "Əmək haqqımı verin, texnikanı çıxarım", - dedim.

Daha sonra Turqut 2 nəfər göndərib, onların vasitəsilə mənə bildirdi ki, qalım işimi görüm, 2 günə əmək haqqımı alacam.

2 gün keçdi, yenə məni aldatdılar, pulumu vermədilər. 2024-cü il, may ayının 13-də isə texnikamı yandırdılar. Hazırda isə şirkət mənə dəymiş ziyanı qarşılamaq istəmir.

Səlahiyyətli şəxslərdən xahiş edirəm ki, məsələ ilə bağlı araşdırma aparılsın və mənə dəyən zərər ödənilsin".

Şikayətçinin iddiası ilə əlaqədar “Dəmir Yumruq” şirkətinin səlahiyyətli nümayəndəsi olan Turqut bəylə əlaqə saxladıq: 

"Əvvəla qeyd edim ki, texnikanın yanmağına səbəb Abbasov İbrahim Qüdrət oğlunun özü olub. Belə ki, şəxs məsuliyyətsizlik edib, qanunsuz yollarla tok xətləri çəkib, texnikaya ambians işıqlar qoşdurduğu üçün yanmışdır. Əslində, şirkət ondan şikayətçi olmalı idi, sadəcə yazığımız gəldi. Texnika yanan zaman binaya yaxın olub. Əgər bina zərər görsəydi, vətəndaş heç o ödənişi edə bilməyəcəkdi.

Fövqəladə Hallar Nazirliyi texnikanın yanmasına görə baxış keçirib və sənəddə yazıblar ki, texnikanın yanmasına akummulyatorda yaranmış qısaqapanma səbəb olub.

Texnikanın bütün ödənişləri ödənilib. Əlimizdə qaimələr var. Buna baxmayaraq, adam hətta mənim özümə belə, şər-böhtan atmışdı. Halbuki, bir daha qeyd edirəm ki, texnikanın yanmasına səbəb şəxsin özünün məsuliyyətsizliyi olub".  

Jalə FAMİLQIZI

Redaksiyadan:Yazıda adları qeyd olunan şəxslərin və şirkətlərin mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 İyul 2025 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri