Ucarda zibil poliqonu yanır FOTO
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ucarda zibil poliqonu yanır.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayon ərazisində yerləşən ümumi sahəsi 3 hektar olan poliqonda baş verib.
Artıq 1 hektar ərazini əhatə edən yanğının söndürülməsinə FHN-nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Hazırda yanğınsöndürənlər alovun qarşısının alınması istiqamətində zəruri tədbirlər görürlər. Yanğın zamanı ərazidən keçən elektrik naqilləri zədələndiyindən bir neçə kəndə enerji təchizatında fasilə yaranıb. Yanğın Bakı- Qazax magistralının yaxınlığında baş verdiyindən tüstü yolda görməni nisbətən məhdudlaşdırır.
Baxış sayı:170
Bu xəbər 26 Avqust 2026 15:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















