Icma.az
close
up
RU
Üçlüyün qarşıdurması: Müharibəyə bitdiyi yerdən davam

Üçlüyün qarşıdurması: Müharibəyə bitdiyi yerdən davam

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran, ABŞ və İsrail arasında davam edən hərbi-siyasi qarşıdurma Yaxın Şərqdə gərginliyi yenidən yüksək həddə çatdırıb. 

Son günlər tərəflər arasında nisbi sakitlik müşahidə olunsa da, vəziyyət hələ də təhlükəlidir və istənilən an yenidən genişmiqyaslı toqquşmalara çevrilə bilər. 

Mövzu ilə bağlı politoloq Elşən Manafov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, İsrailin Livana zərbələri Yaxın Şərqdə yeni eskalasiya riskini artırır:

“İsrailin Livana endirdiyi növbəti zərbələr ABŞ-İran danışıqlarında gərginliyi artırmaqla yanaşı, İran və İsrail arasında növbəti eskalasiyaya səbəb olub. Nəticə etibarı ilə İran İsrailə növbəti balistik və dron zərbələrini endirib.

Vaşinqtona isə xəbərdarlıq edib ki, İsraili Livana qarşı başladığı hərbi əməliyyatları durdurmağa sövq etməsə, ABŞ-nin körfəz ölkələrindəki hərbi bazalarına zərbələr endirəcək. Bu isə regional müharibənin coğrafi anlamda genişlənməsini sürətləndirə bilər.

Əslində İsrailin Livana endirdiyi zərbələr heç də onun iddia etdiyi kimi təhlükəsizlik maraqlarından irəli gəlməyib. Sadəcə ABŞ və İran arasında hər hansı razılaşma İsrailin ABŞ vasitəsilə İrandakı siyasi rejimi hakimiyyətdən uzaqlaşdırmaq maraqlarına cavab vermir. İran və ona bağlı proksi qüvvələrlə təkbətək qalmamaq üçün ABŞ- İran münasibətlərində gərginliyin qalmasında maraqlıdır. Bu gərginlik İsraillə "İbrahim razılaşmaları" çərçivəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olan digər ərəb dövlətləri ilə ümumərəb koalisiyasının formalaşma ehtimallarını belə puç edir”.

Elşən Manafov bildirib ki, ABŞ ilə İran arasında aparılan danışıqlarda tərəflərin qarşılıqlı güzəştlərə hazır olmaması real nəticələrin əldə edilməsini çətinləşdirir:

“ABŞ-nin Pakistan vasitəsilə İranla apardığı danışıqlarda Trampın İranla müharibənin regionda və xüsusilə Hörmüz boğazı ətrafında gerçəklikləri görməzdən gəlməsi, özünü müharibənin qalibi kimi təqdim etməklə bağlı iddiaları İranla danışıqlarda real nəticələri ola biləcək razılıqların əldə olunmasına mane olur. Tramp İranın silahlı qüvvələrinin təmamilə darmadağın olduğunu, onun raket və dron ehtiyatlarının tükəndiyini iddia edir.

İranın isə Hörmüz boğazı ilə bağlı ABŞ-nin irəli sürdüyü şərtləri qəbul etməkdən imtina etməsi, boğaz və ətrafında logistika və naviqasiya ilə bağlı olaylara tam nəzarət etməsi, üstəlik boğazdan İranın razılığı ilə keçən hər bir gəmi və tankerdən apardığı yükün müqabilində 1,5-2 milyon dollar qazanması göstərir ki, İran hələ də ayaq üstündədir və öz milli maraqlarını inadla müdafiə etməkdədir. Yəqin elə buna görədir ki, İran onun Avropa banklarında şah rejimi dönəmindən dondurulmuş vəsaitini geri qaytarılmasını tələb edir, ABŞ-nin zənginləşdirilmiş uranın ona təhvil verilməsi ilə bağlı tələblərini yerinə yetirmir. Üstəlik, rəsmi Tehran ABŞ-nin hücumu nəticəsində ona dəymiş ziyanın kompensasiya edilməsi tələbini irəli sürür. Habelə ABŞ-nin regiondakı hərbi bazalarının çıxarılması tələblərini sərgiləyir. Bu isə Trampın iddia etdiyi kimi İranın məğlub tərəf olması təsəvvürünü yaratmır”. 

O qeyd edib ki, ABŞ-İran kompromisi olmadan regional gərginlik səngiməyəcək:

“Bütün bunlarla yanaşı, Yəmən Husilərinin yenidən fəallaşması və təkcə Qırmızı dəniz deyil, Aralıq dənizində də Qərbin gəmilərini hədəfə alacağı ilə bağlı açıqlamaları göstərir ki, regionda sabitlik və təhlükəsizliyin təmin olunması üçün tərəflər qarşılıqlı maraqlara söykənəcək güzəştlərə getmək üçün kompromisə gələ bilməsələr, regional gərginlik qalacaq. Onun yüksələn xətlə qalxması isə qlobal qarşıdurmanın daha da dərinləşməsinə gətirib çıxara bilər. Enerji böhranı və Avropanın enerji təhlükəsizliyi ilə bağlı problemlər danışıqlara istehlakçı tərəfləri təmsil edə biləcək üçüncü tərəfin qatılmasını zəruri edir. Yalnız onun vasitəçi qismində danışıqlar prosesinə qatılması regional təhlükəsizliyin müvəqqəti də olsa səngiməsinə gətirib çıxara bilər”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyun 2026 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri