Uçot dərəcəsi ilə bağlı qərarı açıqlandı
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, AMB-nin İdarə Heyəti uçot dərəcəsini 6,5%, faiz dəhlizinin aşağı həddini 5,5%, faiz dəhlizinin yuxarı həddini isə 7,5% səviyyəsində sabit saxlayıb.
Qeyd edək ki, uçot faiz dərəcəsi və ya yenidən maliyyələşmə dərəcəsi mərkəzi bankların ölkənin digər banklarını və maliyyə qurumlarını pul kütləsi ilə təmin etməsidir. Yəni, Mərkəzi Bank banklara və digər maliyyə qurumlarına müəyyən müddət üçün pul verir və onlar həmin pulu geri ödəyərkən üzərində uçot faiz dərəcəsi həcmində əlavə vəsait qaytarırlar. Məsələn, mövcud uçot faiz dərəcəsinə (7%) uyğun olaraq Mərkəzi Bankdan 100 min manat götürən hər hansı bank bu vəsaiti bir ildən sonra geri qaytararkən əlavə olaraq 7 min manat ödəməli olacaq.
Mərkəzi Banklar bu üsuldan istifadə edərək dövriyyədəki nağd pul kütləsini azaltmağa və bununla da inflyasiyanı cilovlamağa çalışırlar.
Elnur Əli
Baxış sayı:172
Bu xəbər 02 Aprel 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















