Icma.az
close
up
RU
Ucqar kəndə təyinat: Tək şagirdi gələcəyə hazırlayır

Ucqar kəndə təyinat: Tək şagirdi gələcəyə hazırlayır

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qars vilayətinin Akmazdam kənd ibtidai məktəbinə təyin olunan müəllim Məhəmməd İsmayıl Doğan, dəniz səviyyəsindən 2 min 400 metr yüksəklikdə yerləşən kənddə tək şagirdi Doruk Sunayı gələcəyə hazırlayır.

Sherg.az xəbər verir ki, ölkənin dörd bir yanında təhsil işçiləri şagirdlərini gələcəyə hazırlamaq üçün böyük səylə çalışırlar. Bu müəllimlərdən biri də Məhəmməd İsmayıl Doğandır.

Qarsa 61, Arpaçay rayon mərkəzinə isə 19 kilometr məsafədə yerləşən, qışı sərt və uzun keçən Akmazdam kəndindəki ibtidai məktəb şagird olmadığı üçün təxminən 10 il bağlı qalmışdı.

Ötən il Akmazdam İbtidai məktəbinə təyin olunan elazığlı müəllim Məhəmməd İsmayıl Doğan uzun illər qapalı qalan məktəbin qapılarını yenidən təhsilə açdı. Keçən ildən tək şagirdi Doruk Sunayla dərslərə başlayan Doğan, dərs zamanı müəllim, fasilələrdə dost, məktəbdən sonra isə bir ağabəy kimi onun yanında olur.

Havanın əlverişsiz olduğu günlərdə şagirdini əlindən tutaraq evinə qədər aparan Doğan bazar ertəsi və cümə günləri Dorukla birlikdə İstiqlal Marşını oxuyur.

Hazırda 2-ci sinifdə oxuyan Doruk Sunaya bütün tədris proqramını tam şəkildə keçən Doğan AA müxbirinə bildirib ki, bu məktəb onun ilk iş yeridir.

Təyinat aldığı günləri xatırladan müəllim deyib:

“Rayon Təhsil Şöbəsinə zəng edəndə məktəbdə cəmi bir şagirdin olduğunu dedilər. Buraya gəldim, tək şagirdim də olsa, xoşbəxtəm.”

O qeyd edib ki, şagird sayı az olsa belə, eyni məsuliyyət və intizamla dərs keçmək lazımdır:

– Hər uşaq bizim üçün dəyərlidir. Bunu unutmamalıyıq. Bəzən şagirdimlə dost, bəzən sirdaş oluruq. Birlikdə top oynayırıq, fasilələri birlikdə keçiririk. Gündə 6 saat Dorukla bir yerdəyik və onun haqqına girmədən ona keyfiyyətli təhsil verməyə çalışıram.”

Kənd sakinlərinin ona böyük dəstək verdiyini deyən Doğan bildirib:

– Kəndlilər məni sahibləndilər. Qışda yolda qaldığımda gəlib kömək edirlər. Sobanı əvvəl bilmirdim, burada öyrəndim. Qışda 2–3 metr qar yağsa da, bayrağımızın dalğalandığı hər yerdə, bir şagird də olsa, xidmət etməyə hazırıq.

Doruk Sunay isə müəllimi ilə vaxt keçirməyi çox sevdiyini və onu çox istədiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Dekabr 2025 02:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri