Ucqar kəndlərdə məktəbəqədər təhsildə ailə modeli yaradılacaq
Icma.az, Operativ MM saytına istinadən bildirir.
Daha kiçik kəndlərdə məktəbəqədər təhsildə "ailə modeli" yaratmaq üçün pilot layihə üzərində işləyirik.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda deyib.
O deyib ki, ucqar kəndlərdə avtobus vasitəsilə məktəbəqədər təhsil xidmətini göstərmək planlaşdırılır: "İcma əsaslı məktəbəqədər təhsil mümkün olmayan ərazilərdə bu modeli tətbiq edəcəyik. Bu modeldə uşaqların bir ailədə təhsil alması nəzərdə tutulur. Ucqar kəndlərdə bunun üçün avtobuslar ayrıla bilər".
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>

Ucqar kəndlərdə məktəbəqədər təhsildə ailə modeli yaradılacaq
04 Dekabr 2024 11:18

