Icma.az
close
up
RU
Üçrəngli Bayrağınla Məsud Yaşa! Bir daha Himnimiz haqqında

Üçrəngli Bayrağınla Məsud Yaşa! Bir daha Himnimiz haqqında

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.


Kamil Şahverdi
Rəşid Behbudov Fondunun direktoru

(əvvəli BU LİNKDƏ)

"God save our Lord the King" əsərinin musiqisi Böyük Britaniyadan başqa 20 ölkədə də himn kimi ifa olunub. Bu ölkələrdə eyni musiqiyə öz dillərində söz yazlb ifa ediblər. Rusiya imperiyasında "Rusların duası", ABŞ-da "My Country", Almaniya imperiyasında "Hell dir im Siegerkanz", İsveçrədə "Rufst du mein Vaterland" və b. misal çəkə bilərik. Sonralar bu ölkələrin hər birində öz himnləri yazıldı və təsdiq olundu. Lixşteynin himni "Oben am jungen Rhein" bu günə qədər də Böyük Britaniya himninin musiqisində ifa olunur.
Fransa dövlət himni "Marseillaise" ("Marselyoza") maraqlı tarixə malikdir. 1792-ci ildə Klod Josef Ruje de Lil tərəfindən sözləri və musiqisi yazılan Marselyoza 1795-ci ildə Fransanın rəsmi dövlət himni kimi qəbul olunub.

Dövlət himni kimi rəsmi qəbul edilən ilk himnlərdən biri İspaniya himnidir. 1761-ci ildə yazılan "Marcha Real" ("Kral marşı") 1770-ci ildə rəsmi dövlət himni kimi qəbul edilib. "Marcha Real" himninin müəllifi məlum deyil.
Birinci Dünya müharibəsinə qədər dünyada 59 dövlət mövcud idi. Müharibədən sonra dörd imperiyanın, Avstriya-Macar, Osmanlı, Almaniya və Rusiya imperiyalarının dağılması nəticəsində dünyanın siyasi xəritəsi dəyişdi. Yeni müstəqil milli dövlətlər yarandı. Müstəqilliyini elan edən dövlətlər həm də dövlət atributlarını, bayraq, qerb və himnlərini təsdiq etdilər. Müxtəlif dövlətlərin dövlət himnləri ilə bağlı bəzi maraqlı məlumatları da oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Dövlət himni dövlət dilində ifa olunur. Lakin elə dövlətlər var ki, onun ərazisində bir neçə dövlət dili mövcuddur. İsveçrə konfederasiyasının himninin (Swiss Psalm) dörd rəsmi dövlət dilində (fransız, alman, italiyan və romanş) mətni var.
Belçika dövlət himni (La Brabançonne / De Brabançonne / Das Lied von Brabant) üç dildə, birinci beyt (strofa) niderland dilində, ikinci beyt fransız dilində, üçüncü beyt alman dilində ifa olunur. Nəqarət isə hər üç dildə, hərəsi bir sətr olmaqla ifa olunur.
Kanada dövlət himni (O Canada) ilkin olaraq fransız dilində yazılıb. Hal-hazırda Kanada himninin ingilis və fransız dillərində iki fərqli mətni var. Bu mətnlər bir dildən digərinə tərcümə deyil, iki fərqli mətndir. Bir bənd fransız dilində, növbəti bənd ingilis dilində ifa olunur.
İrlandiya dövlət himni (The Soldier's Song-Əsgər mahnısı) lkin olaraq ingilis dilində yazılıb və ifa olunub. Sonralar himnin mətni irland dilinə tərcümə olunsa da və hər yerdə himn kimi ifa olunsa da, irland dilində mətn ölkənin rəsmi himn mətni hesab olunmur.
Cənubi Afrika Respublikasında on bir rəsmi dövlət dili mövcuddur. Bütün bu dillər üç mahnının birləşməsindən əmələ gələn himndə öz əksini tapır.
Bəzi ölkələrin dövlət himnləri mətnsiz, yalnız musiqi kimi ifa olunur. İspaniyanın dövlət himni (Marcha Real-Kral Marşı) 1980-ci ildə Fransisko Frankonun diktaturasına son qoyulduqdan sonra mətnsiz ifa olunur. Kosovo dövlət himni (Europe) alban dilində yazıldığına görə, siyasi-etnik gərginlik nəzərə alınaraq mətnsiz ifa olunur.
Dünya ölkələrinin dövlət himnləri musiqi lad baxımından da müxtəlifdir. Bir çox ölkələrin himnləri major ladında yazılsa da, minor ladında yazılmış himnlər də kifayət qədərdir. Belə ki, Azərbaycan (Azərbaycan Marşı), Türkiyə (İstiklal Marşı), Ukrayna (Şe ne vmerla Ukraina), Bolqarıstan (Mila Rodino), İsrail ( Xa-tikva), Rumıniya (Deşteapta-te, romane!), Qazaxstan (Menin Kazakstanım), Kataloniya (Els Seqadors), Mərakeş (Çerifan himni), Keniya (Ee Mungu Nguvu Yetu), Slovakiya (Nad Tatrou sa blyska), İraq (Mavtini), Nepal (Sayaun Thunga Phool Ka) və b. ölkələrin dövlət himnləri minor ladında yazılıb.
Dövlət himninin səslənməsi qaydaları bütün ölkələrdə əsasən eyni olsa da, bəzi ölkələrdə fərqlər də mövcuddur. Adətən rəsmi dövlət tədbirlərində, milli bayramlarda, hərbi paradlarda, festivallarda, idman tədbirlərində və s. himn səsləndirilir. Xarici ölkə başçılarının dövlət səfərləri zamanı qsrşılanma mərasimində himnin səslənməsi dövlətlərarası diplomatik protokolla müəyyən olunmuşdur. Olimpiya oyunları zamanı qızıl medal qazanmış idmançının şərəfinə təmsil etdiyi dövlətin himni səsləndirilir. İdman oyunları zamanı dövlət himninin səslənməsi ilk dəfə 1905-ci ildə reqbi üzrə Uels və Yeni Zellandiya yığma komandalarının görüşü zamanı baş vermişdir. Görüşdən əvvəl Yeni Zellandiya komandası "Haka Maori" döyüş rəqsini ifa edir. Buna cavab olaraq Uels komandası ölkələrinin himnini (Hen Wlad Fy Nhadau) oxuyurlar. Həmin vaxtdan da beynəlxalq idman yarışları zamanı iştirakçı ölkələrin dövlət himni səsləndirilir.
Bəzi ölkələrdə dövlət başçısı teatra və ya kinoya tamaşa etməyə gələrsə, tamaşadan və ya filmdən əvvəl dövlət himni səsləndirilir. Bir çox ölkələrdə məktəblərdə hər gün dərslər başlamazdan əvvəl şagirdlər dövlət himnini ifa edirlər. Bir sıra ölkələrdə dövlət televiziya və radio kanalları səhər yayıma başlamazdan əvvəl və gecə verilişlər bitəndə himn səsləndirilir.
Əksər ölkələrdə dövlət bayrağı himnin müşaiyyəti ilə qaldırılır. Bir sıra ölkələrdə həlak olmuş hərbiçi və polis himnin sədaları ilə dəfn olunur.
Hər bir ölkədə dövlət himni səslənərkən insanlar ayağa qalxır bə hamılıqla ifaya qoşulurlar.
Göründüyü kimi, bütün ölkələrdə dövlət himni müstəqilliyin, suverenliyin, mübarizənin, şərəfli tarixin, milli dəyərlərin, Vətənə, dövlətə sevginin rəmzi olaraq, bayraq və qerb ilə yanaşı hörmət və ehtiramla qarşılanır. Hər bir xalq, millət bayrağı ilə, himni ilə fəxr edir. Qeyd olunan faktlardan göründüyü kimi, bəzi olkələr hələ orta əsrlərdə yaranmış himnlərinə şərəfli tarixin əzəməti kimi ehtiramla yanaşırlar. Himnlərinin müəllifi belə bəlli olmasa da, millətin, xalqın qəhrəmanliq, birlik simvolu kimi əsrlərlə qorunur və yaşadılır.
"Azərbaycan marşı"nın 70 ildən sonra Vətənə gayıdışı.
Üzeyir Bəy Hacıbəylinin "Azərbaycan Marşı" 1980-ci illərdə Vətənə necə gəldi çıxdı? Kimlərin sayəsində bu baş verdi? Kim bu müqəddəs əsəri yenidən xalqımıza bəxş etdi? Kimlər bunum əleyhinə idilər və niyə bu mövqedə duraraq mübarizə aparırdılar? Yaranmış kəskin müzakirələrin səbəbi nə idi? "Azərbaycan Marşı" 1992-ci il mayın 27-də Milli Məclisdə müzakirəyə çıxarılana və Dövlət Himni kimi təsdiq olunana qədər nələrdən keçdi? Bütün bu suallara ilk dəfə olaraq bir çox müzakirələrin şahidi, hadisələrin iştirakçısı kimi bildiklərimi, gördüklərimi yazmağı qərara aldım. 40 ilə yaxın vaxt keçməsinə baxmayaraq bütün hadisələr yaddaşıma əbədi həkk olunub. Bu hadisələri, gördüklərimi, bildiklərimi sistemləşdirib diqqətinizə təqdim edirəm.
İlk dəfə Üzeyr bəyin iki naməlum marşı haqqında Azərbaycan televiziyasında, "Dalğa" verilişində məlumat eşitdim. "Dalğa" verilişi çox populyar və sevilən proqram idi. Hər buraxılışını həvəslə gözləyərdik. Dalğa proqramını rəhmətlik Osman Mirzəyev və İlqar Əlfioğlu növbəli şəkildə aparırdılar. 1988-ci ilin mart-aprel aylarında "Dalğa" verilişinin növbəti buraxılışında Osman Mirzəyevin qonaqları ədəbiyyatşünas Rəfiq Zəka Xəndan və görkəmli bəstəkar Cahangir Cahangirov idi. Rəfiq Zəka Türkiyədən yeni qayıtmışdı. Ezamiyyətdə olduğu müddətdə Türkiyədə maraqlı bir kitab əldə etdiyini bildirdi. Bu kitabda Üzeyir bəyin iki marşı çap olunmuşdu. Həmin əsərlər haqqında həmin vaxta qədər heç bir məlumat yox idi. Böyük bəstəkarımız Cahangir Cahangirov həmin marşları pianoda ifa etdi və çox sevinclə, həyəcanla onlar haqqında danışdılar.
Cahangir Cahangirov bu əsərləri marş kimi təqdim etdi. Növbəti gün musiqi içtimaiyyətində hamı Üzeyir bəyin yeni tapılmış əsərlərindən danışır və müzakirə edirdilər. Beləliklə ilk dəfə "Milli Marşı" və "Azərbaycan Marşı" haqqında "Dalğa" verilişində məlumat verildi.
1988-ci il noyabrın 17-də Azərbaycan Xalq Hərəkatı başlanan gün ölkəmizdə Dirçəliş Günü kimi qeyd olunur. Bir aya yaxın müddətdə yüz minlərlə vətəndaşımız xalqımızın haqq səsini dünyaya çatdırmaq üçün günlərlə Azadlıq meydanında fasiləsiz mitinqlər keçirirdi. Həmin mitinqlər zamanı Amerikanın Azadlıq radiosunun Azərbaycan dilində proqramı səsgücləndiricilər vasitəsi ilə meydana yayımlanırdı. Azadlıq radiodunun aparıcısı, o dövrdə hamının sevimlisi Mirzə Xəzər bir necə dəfə "Azərbaycan Marşı"nı efirdə yayımladı. Mirzə Xəzər Üzeyir bəyin əsərini elan etmirdi. "Azərbaycan Marşı" tək alətdə, elektro pianonun ilkin mini variantı olan bir alətdə ( o zaman buna ionika deyirlirdi) ifa olunurdu. Musiqi fonda səslənirdi. Yəni fonda səslənən musiqi ilə yanaşı aparıcı müxtəlif mövzulardan danışırdı. Bu səbəbdən də əsərin möhtəşəmliyini hiss etmək çətin idi. Bu "Azərbaycan Marşı" ilə ikinci tanışlığımız idi.
Mitinq günləri zamanı istedadlı bəstəkar, Üzeyir Hacıbəyli ev muzeyinin elmi əməkdaşı, dostumuz Sərdar Fərəcov məlumat verdi ki, Üzeyir bəyin Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazdığı iki marşını tapmışıq. "Milli Marş" və "Azərbaycan Marşı". İstedadlı bəstəkar, Üzeyir Hacıbəyli irsinin yorulmaz araşdırıcısı Sərdar Fərəcov marşları mətbuatda çap etdirməyi planıaşdırırdı. Əfsuslar olsun ki, heç bir mətbu orqanı o dövrdə bu işə qol qoymaq istəmirdi. Biz bu xəbərdən çox pərişan olmuşduq. Anlaya bilmirdik ki, Üzeyir bəyin məlum olmayan əsərləri tapılıb, niyə mətbuat bu qədər biganə yanaşır buna. Əslində burada qeyri-adi heç nə yoxdur. Çünki, o dövrdə bütün mətbuat, çap olunan bütün materiallar ciddi senzuradan keçirdi...

(ardı var)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Avqust 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see229

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see188

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see168

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see154

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see153

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see143

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see140

UEFA Çempionlar Liqası: Barselona uduzdu, Yuventus heç heçə etdi

02 Oktyabr 2025 01:25see140

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see136

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see132

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see126

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see126

Papa Leo: ABŞ Prezidentinin Qəzza üçün sülh planı real təklifdir

02 Oktyabr 2025 02:18see125

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see123

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see123

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see121

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see121

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri