Icma.az
close
up
RU
Üçrəngli Bayrağınla Məsud Yaşa! Bir daha Himnimiz haqqında

Üçrəngli Bayrağınla Məsud Yaşa! Bir daha Himnimiz haqqında

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Kamil Şahverdi
Rəşid Behbudov Fondunun direktoru

I yazı
"Azərbaycan Respublikasının Dövlət Himni haqqında Azərbaycan Respublikasının Milli Məclisi Qərara alır:
Musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın olan "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilsin.
27 may 1992-ci il.
Bakı şəhəri."

Görkəmli bəstəkar, dramaturq, publisist, içtimai xadim Üzeyir bəy Hacıbəyli "Azərbaycan marşı"nı 1919-cu ildə yazmış və Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) Dövlət Himni üçün elan olunmuş müsabiqəyə təqdim etmişdir. Dövlət Himni üçün elan olunmuş müsabiqəyə əsərlər 1920-ci il mayın 1-nə qədər təqdim edilməli, mayın 28-də isə müstəqilliyin ikinci ildönümü münasibəti ilə Parlamentdə seçim edilməli və ən yaxşı əsər Dövlət Himni kimi qəbul edilməli idi. 1920-ci il aprelin 28-də rus-bolşevik işğalı nəticəsində AXC süquta uğradı. Bu səbəbdən də Dövlət Himni üçün elan olunmuş müsabiqəyə yekun vurulmadı.
Yetmiş iki il sonra, 1992-ci ildə Üzeyir bəyin bu möhtəşəm əsəri-"Azərbaycan marşı" müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq olundu. Millətimiz, xalqımız bütün qadağalara baxmayaraq. "Azərbaycan marşı"nı qəlbində, qan yaddaşında yaşatdı. Mühacir həyatı yaşamağa məhkum edilən Cümhuriyyətçilər "Azərbaycan marşı" nı unudulmaq, itib-batmq təhlükəsindən xilas etdilər.
1989-cu ildə böyük bəstəkarımız, musiqi mədəniyyətimizin bilicisi və daşıyıcısı, professor Aydın K. Azim "Azərbaycan marşı"nı bərpa edərək yeni redaktədə xalqımıza qaytardı. Hörmətli Aydın müəllimin redaktəsində Himnimiz ilk dəfə 1989-cu il noyabrın 17-də, dirçəliş gününün ildönümündə Azadlıq meydanında təşkil olunmuş mitinqdə səsləndirildi. Yüz minlərlə insan "Azərbaycan marşı"nı fərəh, qürur hissindən axan göz yaşları ilə dinlədi.
Bu qan yaddaşımızın günümüzə qədər qoruduğu genetik kodun təntənəli ifadəsi idi. "Azərbaycan marşı" varlığımıza, ruhumuza, qanımıza hopdu. Meydanda ilk dəfə səslənəndən sonra ölkəmizin hər guşəsində "Azərbaycan marşı" oxunmağa başlandı. Bütün məktəblərdə, təşkilatlarda, hər bir kütləvi tədbirdə, yığıncaqda Üzeyir bəyin bizə yadıgar qoyduğu bu gözəl əsər böyük sevgi ilə, coşqu və qürur ilə səsləndirilirdi, ifa olunurdu. Sevimli bəstəkarımız Aydın K. Azim "Azərbaycan marşı" nı yüksək peşəkarlıqla, böyük ustalıqla, Üzeyir bəyə dərin ehtiramla, millətə, xalqa sonsuz məhəbbətlə redaktə edərək orkestr və xor üçün işləmişdi. İlk dinləmədən əsərin sehrinə, magiyasına düşməmək mümkün deyildi. Sanki yetmiş il millətimiz, xalqımız bu möhtəşəm əsərin həsrətini çəkirmişdi.
Uşaqdan böyüyə, hamıda fəxarət, qürur hissi yaradaraq əbədi ruhumuza, canımıza, qəlbimizə hopdu "Azərbaycan marşı". Xalqımızın sevgi, həsrət, məhəbbətlə qarşıladığı
"Azərbaycan marşı"nın 17 noyabr 1989-cu il Azadlıq meydanından 27 may 1992-ci il Milli Məclisə qədər gedən yolu heç də hamar olmadı. Sonsuz ümumxalq sevgisinə baxmayaraq "Azərbaycan marşı"nın Dövlət Himni kimi qəbul olunmasının əleyhinə olanlar da var idi. Mən bu prosesslərin içində olan adam kimi şahidi olduğum, Himnlə bağlı baş verən hadisələrin iştirakçısı kimi gördüklərimi, bildiklərimi nəhayət ki, 35 ildən sonra ilk dəfə olaraq paylaşmağı qərara aldım.
1992-ci ildə çətinliklərə, maneələrə baxmayaraq Milli Məclisdə "Azərbaycan marşı" Dövlət Himni kimi təsdiq olunandan sonra, bunu arzu edənlər kimi mən də düşünürdüm ki, nəhayət istəyimiz, uğrunda mübarizə apardığımız haqq işi məntiqi sonluğa yetişdi.
Dövlətimizin Qanunverici orqanı "Azərbaycan marşı"nı Dövlət Himni kimi rəsmiləşdirdi. Məsələyə nöqtə qoyuldu. Amma, təəssüflər olsun ki, bu son deyilmiş. Müqəddəs Himnimizə zaman-zaman həmlələr gəldi və gəlməkdə davam edir. Parlament kürsüsündən, qəzet, jurnal səhifələrindən, radio, televiziya efirlərindən Himnlə bağlı bəziləri yerli-yersiz fikir bildirməklə gündəm yaratmaq iddiasına düşürlər...Bu səbəbdən "Azərbaycan marşı"nın yazıldığı vaxtdan 27 may 1992-ci il Milli Məclisdə müzakirələrə qədər keçdiyi tarixi yol haqqında bildiklərimi, topladığım məlumatları diqqətinizə çatdırmaq istəyirəm. Yazdığım hadisələrin əksəriyyəti haqqında ilk dəfə məlumat alacaqsınız.
Himn nədir?
Dövlət Himni vətəndaşlarda fəxarət və ölkəsinin tarixinə hörmət hissi yaradan, milli dəyərləri və adət-ənənələri, xalqın mübarizə tarixini əks etdirən vətənpərvərlik ruhunda olan təntənəli musiqili kompozisiyadır. Dövlət Himni Ali dövlət orqanı tərəfindən rəsmi təsdiq edilmiş bayraq və qerb kimi dövlət simvollarından biridir.
Himn latın və qədim yunan dillərindən alınmış hymnus sözündən yaranmışdır (Maks Fasmer. "Rus dilinin etimoloji lüğəti" (Rusdisches etymologisches wörterbuch. ) Alman dilindən ruscaya tərcümənin müəllifi N. Trubaçov). İlkin olaraq Tanrıları, sonralar hansısa qəhrəmanı, qəhrəmanlığı, vacib bir hadisəni vəsf və tərənnüm edən mahnıdır. (F.Brokhauz və İ. Yefronun ensiklopedik lüğəti. Himn haqqında məqalənin müəllifi N. Solovyov).
Himn sözü aydın etimologiyaya malik deyil. Antik dövr alimləri onu toxumaq feli ilə əlaqəlındirirlər. Himn "toxunmuş mahnı" kimi anlaşılır. O dövrdə sözlərin tələffüzünün mateforik anlamda toxuma kimi, sözləri bir birinə birləşdirərək nitq toxuma kimi anlayırdılar.
Məşhur fransız linqvist-ellinisti, qədim yunan dilinin etimoloji lüğətinin, Homer qramatikasının və başqa sanballı əsərlərin müəllifi Pyer Şantren bildirir ki, yunan dilində himn sözünün etimologiyasını izah etmək üçün kifayət qədər fakt yoxdur. Ona görə də o, hesab edir ki, himn sözü yunanlara qədərki dövrə və ya qeyri-yunan mənşəyə malikdir.
Fikrini sübut etmək üçün görkəmli alim bu nümunələri misal gətirir:
"yunan mənşəli olmayan difiramb, elegiya sözləri də müxtəlif mətnlərin ritmik tələffüsü olmuş, sonradan mahnıya çevrilmişlər…".
Qədim dövrdə yaranmış bədii söz-himn sonrakı dövrlərdə ədəbi əsərlərin yaranmasına güclü təkan vermişdir. Hind poeziyasında Tanrılara həsr olunmuş himnlər bədii sözün qədim abidəsi olmaqla yanaşı Hind ədəbiyyatının orta əsrlər dövrünün sanskrit dilində də böyük yerə malikdir. Aralıq dənizi ətrafı mədəniyyət nümunələrində də himnlər qədim ədəbiyyatın vacib hissəsi sayılır. Misir və Babil himnləri (Tanrıları vəsf edən himnlər) emosional yüksəkliyi və aydın obrazlığı ilə seçilir. Mövzu və stilistik baxımdan qədim yəhudi himnləri-Yaxveni (Yəhudi Tanrısı) tərənnüm edən himnlər Babil himnlərinə çox yaxındır.
Çin himnləri özünəməxsus formaya malikdir. Bu himnlərdə Göylərə müraciət, əcdadların vəsfi əsas yeri tutur. Çin poeziyasında buna oda deyilir. (Böyük və kiçik oda) Forma və mahiyyət etibarı ilə oda himnə çox yaxındır. Odalarda qədim dinastiyaların qurucularının qəhrəmanlıqları təsvir olunur. Bəzi odalar-himnlər döyüş mahnıları kimi də istifadə edilirdi. Yunan və Roma poeziyasında himn janrı kult kimi meydana gəlmişdi. Burada Tanrılarla yanaşı içtimai xadimlərə, bayramlara da himnlər həsr edilirdi. (Homer himnləri)
Yaxın və Orta Şərq poeziyasında mahiyyət və forma etibarı ilə himn sayılan Qəsidə janrı geniş yayılıb. XI-XII əsrlərdən başlayaraq Sufi şairləri öz yaradıcılıqlarında qəsidə janrına xüsusi yer ayırırdılar.
Klassik Azərbaycan poeziyasında da qəsidə janrı şairlərimizin tez-tez müraciət etdiyi janrdır. Bu janrda kifayət qədər dəyərli nümunələr mövcuddur.
Antik dövrlərdən bəri insan təfəkkürünün mifik obrazlara hisslərinin, emosiyalarının, inam və etiqadlarının göstəricisi kimi yaratdığı bədii nümunələr hər zaman mövcud olmuşdur. Himn bəşər tarixində insanın yaratdığı ən qədim bədii ifadə formalarından biridir. Zaman keçdikcə, qərinələr ötdükcə himnlər öz mahiyyətini itirmədən poetik ifadədən poetik-melodik incəsənət formasını almışdır. Himnlər, odalar, qəsidələr əsasən təntənəli, tərif, vəsf formasında yaradılırdı. Dini cərəyanlarda da himnlərdən geniş istifafə olunmuş və tədricən himn janr olaraq dini ayinlərin ayrılmaz hissəsinə çevrilmişdir. Orta əsrlərdə monarxların və monarxiyaların şərəfinə himnlər yaranır. Artıq bu təntənəli mahnılardan dövlət atributu kimi istifafə olunmağa başlanır.
Himn dövlət atributu kimi nə vaxtdan istifadə olunur?
Ən qədim milli himn Yapon himni (Kimi Ga Yo) sayılır. Onun mətni Xeyan dövrünün (794-1185) şeirlər toplusundan götürülüb. Xeyan dövrü Yaponiyada sülh və əminamanlıq dövrü sayılır. Bu himnə musiqi isə 1880-ci ildə yazılıb.
Avropa ölkələri arasında ilk himn Niderland himni "Het Wilhelmus” hesab olunur. Onun sözləri 1568-1572-ci illər arasında Niderland inqilabı zamanı qələmə alınıb. İndiki melodiyası isə 1626-cı ildə yazılıb. Marş stilində yazılan bu əsər XVII əsrdə xalq arasında çox populyar olub. 1932-ci ildə "Het Wilhelmus” marşı Niderlandın dövlət himni kimi təsdiqlənib.
Ən məşhur himnlərdən biri Böyük Britaniya himnidir. İlk dəfə "İlahi bizim Kralı qoru" ("God save our Lord the King") 1619-cu ildə ifa olunub. Bu himn kütləvi və təntənəli tədbirlərdə, monarxın iştirak etdiyi mərasimlərdə səslənir. "God save our Lord the King" Böyük Britaniyanın rəsmi dövlət himni kimi təsdiq olunmasa da, hər yerdə və hər zaman ifa olunmaqla qeyri-rəsmi himn statusuna malikdir.
Eyni zamanda Kanadanın da Kral himni statusuna malikdir.
(ardı var)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Avqust 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see265

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

25 Sentyabr 2025 13:16see151

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see148

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see136

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see126

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see126

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see125

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see125

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see123

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see122

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see122

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see122

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see122

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see121

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see121

Avropanın doqquz bankı güclərini birləşdirdi: Ortaq kriptovalyuta gəlir

25 Sentyabr 2025 19:05see117

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see117

Son statistika: Ukrayna bu cür dirçəlir, Rusiya isə...

25 Sentyabr 2025 07:01see117

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see117

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri