Icma.az
close
up
RU
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu

Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

28 May – Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində ən şərəfli və taleyüklü səhifələrdən biridir. 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti təkcə ölkəmizin deyil, bütövlükdə Şərqin və müsəlman aləminin ilk demokratik, hüquqi və dünyəvi parlament respublikası kimi tarixə düşdü. Bununla Azərbaycan xalqı əsrlər boyu yaşatdığı müstəqillik arzularını gerçəyə çevirdi, milli dövlətçilik ənənələrinin əsasını daha da möhkəmləndirdi və öz müqəddəratını müəyyən etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi xalqımızın azadlıq və istiqlal ideallarının rəmzinə çevrildi. Bu tarixi sənədlə Azərbaycanın müstəqilliyi beynəlxalq ictimaiyyətə bəyan olundu və xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirildiyi təsdiqləndi. Cümhuriyyət qısa müddət ərzində mühüm dövlət quruculuğu proseslərini həyata keçirdi, parlament və hökumət formalaşdırıldı, dövlət atributları təsis edildi, milli ordu yaradıldı, hüquqi və demokratik prinsiplərə əsaslanan idarəçilik sistemi quruldu.
Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti demokratik dəyərlərin və parlament ənənələrinin formalaşmasına mühüm töhfə verdi. Ölkədə vətəndaş bərabərliyi təmin edildi, milli, dini və irqi ayrı-seçkiliyə son qoyuldu. Dövlət bayrağı təsis olundu, Azərbaycan vətəndaşlığı institutu yaradıldı, milli ordu formalaşdırıldı və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Həmin dövrdə qəbul olunan qanunlar Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafının əsasını təşkil etdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə təhsil və maarifçilik sahəsində də mühüm addımlar atıldı. 1918-ci ilin avqustunda təhsil müəssisələrində ana dilində tədrisə başlanıldı, 1919-cu ildə isə Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun qəbul edildi. Bu addımlar milli kadrların hazırlanması və ölkənin intellektual potensialının formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyırdı. Eyni zamanda, məhkəmə-hüquq sistemi formalaşdırıldı, Ədliyyə Nazirliyi təsis edildi və hüquqi dövlət prinsiplərinin tətbiqi istiqamətində mühüm qərarlar qəbul olundu.
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin əsas məqsədi yeni yaradılmış dövləti beynəlxalq aləmdə tanıtmaq idi. Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyəti nəticəsində Cümhuriyyət dünya birliyi tərəfindən tanındı və ölkəmizin beynəlxalq hüququn subyekti kimi mövqeyi möhkəmləndi. Bu tarixi nailiyyət sonradan Azərbaycanın siyasi xəritədən silinməsinin qarşısını alan əsas amillərdən biri oldu.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolunu yüksək qiymətləndirərək bildirirdi ki, “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın milli azadlıq və müstəqillik duyğuları ilə yaşaması ilə bağlıdır”. Ümummilli Lider dəfələrlə vurğulayırdı ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Məhz Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində XX əsrin sonlarında yenidən müstəqillik qazanan Azərbaycan dövlətçiliyini qoruyub saxladı, ölkədə ictimai-siyasi sabitlik təmin olundu və müasir dövlət quruculuğu prosesi uğurla həyata keçirildi.
1991-ci il oktyabrın 18-də qəbul olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. Bu hüquqi və siyasi varislik müasir Azərbaycanın dövlətçilik fəlsəfəsinin əsasını təşkil edir.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində üçrəngli bayrağımızın rəsmi dövlət bayrağı kimi qəbul olunması müstəqilliyə aparan yolun başlanğıcı oldu. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi və Cümhuriyyət irsinin təbliği istiqamətində atılan addımlar milli yaddaşın qorunmasında mühüm rol oynadı.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Dövləti Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını uğurla yaşadır və inkişaf etdirir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, müsəlman aləmində ilk demokratik respublikanın müəllifi məhz Azərbaycan olub. Dövlət başçısının rəhbərliyi ilə ölkəmiz siyasi, iqtisadi və hərbi sahələrdə böyük uğurlar əldə edib, ərazi bütövlüyü və suverenlik tam bərpa olunub, üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarda qürurla dalğalanır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması, Cümhuriyyətin 100 illik yubileyinin geniş şəkildə qeyd edilməsi və tarixi irsin qorunmasına yönələn qərarlar dövlətçilik ənənələrinə verilən yüksək dəyərin göstəricisi oldu. 2021-ci ildə qəbul olunan “Müstəqillik günü haqqında” Qanunla 28 May tarixi rəsmi olaraq Müstəqillik Günü elan edildi və bununla da Azərbaycanın dövlət müstəqilliyinin məhz 1918-ci ildə bərqərar olduğu bir daha təsdiqləndi.
Bu gün müstəqil Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarda dalğalanması xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir. Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz və sarsılmazdır.
Vüsal Süleymanov 
Veysəl Musibov adına Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin dırektoru
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 May 2026 09:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri