Icma.az
close
up
RU
“Azərbaycan müstəqillik illərində: Qurtuluşdan zəfərə” mühazirə

“Azərbaycan müstəqillik illərində: Qurtuluşdan zəfərə” mühazirə

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 8 may, AZƏRTAC

Milli Məclisin deputatı Pərvin Kərimzadə Bakı Dövlət Universitetinin (BDU) tələbələrinə “Azərbaycan müstəqillik illərində: Qurtuluşdan zəfərə” mövzusunda mühazirə deyib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, universitetin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tədbirin “Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində reallaşdığını bildirib. O, Ulu Öndərin zəngin irsinin tələbələrə aşılanması baxımından bu layihənin əhəmiyyətini vurğulayıb.

Milli Məclisin deputatı Pərvin Kərimzadə qeyd edib ki, Ulu Öndər Heydər Əliyev güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Ümummilli Lider bugünkü müstəqil Azərbaycan dövlətinin bünövrəsini qoyub. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb: “Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının elə bir sahəsi yoxdur ki, o sahənin inkişafı Ulu Öndərin adı ilə bağlı olmasın. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev strategiyasının təntənəsidir. Ulu Öndərin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır”.

Deputat diqqətə çatdırıb ki, 1993-cü ilin 15 iyunundan başlayaraq Azərbaycan milli qurtuluşdan Zəfərə qədər böyük bir yol keçib. Bu müddətdə xalqımızın milli həmrəyliyi daha da güclənərək, sonunda “Dəmir yumruğ”a çevrilib və düşmənin başını əzib.

Daha sonra deputat tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 May 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see284

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see270

Bakıda 18 yaşlı qızın meyiti tapıldı

11 Sentyabr 2026 18:26see267

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see267

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see265

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see262

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see262

Ermənistan Türkiyəyə gül göndərdi, amma... Paşinyana şikayət edildi...

12 Sentyabr 2026 08:50see240

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see239

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see237

Sergey Bezrukov 5 min rublluq əsginasın içinə “həbs edildi”

12 Sentyabr 2026 03:34see234

Daşqınların Nepal iqtisadiyyatına vurduğu ziyan açıqlandı

11 Sentyabr 2026 22:22see231

Qriqori Leps boşanarkən əmlak bölən kişiləri tənqid etdi

12 Sentyabr 2026 04:47see227

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see220

Bundesliqa: “Şalke” inamlı qələbə qazandı

12 Sentyabr 2026 01:04see220

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see216

Yeni Klinikada ilk dəfə mexaniki trombektomiya icra edilib

11 Sentyabr 2026 15:19see214

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see208

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see191

Yağışlı hava bu təzyiq xəstələrinə pis təsir edir

11 Sentyabr 2026 18:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri