Icma.az
close
up
RU
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol

Qurtuluşdan Zəfərə uzanan şərəfli yol

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni Azərbaycan Partiyasının yaradılması zamanın tələbi idi. Həmin dövrdə Azərbaycan xalqı müharibə şəraitində yaşayırdı. Düşmənlə mübarizə aparmalı olduğumuz bir vaxtda insanlar bir-birinin üzərinə gedir, bir-birinə qəsd edirdilər. Ölkədə siyasi qarşıdurma hökm sürürdü. Əvvəlki təkpartiyalı sistemdən qoparaq yaranan yeni siyasi təşkilatlar isə xalqın inam və ümidlərini doğrulda bilməmişdilər. Belə ağır bir tarixi şəraitdə xalqın ümidi Heydər Əliyevə yönəldi və Ulu öndər xalqın çağırışına cavab verdi. Yeni Azərbaycan Partiyasının yaradılması da məhz bu tarixi zərurətdən doğdu. Ümummilli lider Heydər Əliyev xalqın istəyini və ölkənin qarşısında dayanan ağır problemləri nəzərə alaraq siyasi məsuliyyəti üzərinə götürdü.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi Cənubi Qafqazın ən böyük siyasi təsisatı olan Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələbi idi. Bu partiya sonrakı illərdə xalqın inamını doğrultdu, dövlətçilik yolunda böyük siyasi qüvvəyə çevrildi. Tarixə Qurtuluş Partiyası kimi yazılan Yeni Azərbaycan Partiyası Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın qarşısında dayanan ən ağır problemlərin həllinə gedən yolun əsas siyasi qüvvələrindən biri oldu. Biz buna görə biz hər zaman Heydər Əliyevə borcluyuq. Çünki Azərbaycanı ağır siyasi böhrandan çıxaran, dövlətçiliyin əsaslarını möhkəmləndirən, xalqı sabitlik və inkişaf yoluna aparan böyük lider məhz Heydər Əliyev oldu.

Heydər Əliyevdən sonrakı dövrdə isə Prezident İlham Əliyev Azərbaycanın qarşısında yeni bir tarixi səhifə açdı. Onun rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrildi, 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Heydər Əliyevin vaxtilə söylədiyi “Mən ona özüm qədər inanıram” sözlərinin necə böyük uzaqgörənlik daşıdığını tarix özü sübut etdi.

Beləliklə, Yeni Azərbaycan Partiyasının Heydər Əliyevlə başlayan Qurtuluş yolu Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər yoluna qədər gəlib çatdı. Bu yol bir siyasi partiyanın tarixindən daha böyükdür. Bu, Azərbaycan dövlətçiliyinin ağır sınaqlardan keçərək Qurtuluşa, Qurtuluşdan Zəfərə uzanan böyük tarixidir.

Tam ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkəmizdə Yeni Azərbaycan Partiyasının VIII Qurultayının keçirilməsi də bu böyük siyasi yolun yeni səhifəsi oldu. Bir vaxtlar Azərbaycanın ən ağır günlərində xalqın səsinə cavab olaraq yaradılan Yeni Azərbaycan Partiyası bu gün bütövləşmiş və qalib ölkənin siyasi həyatında öz yolunu davam etdirir. Qurultayda Prezident İlham Əliyevin çıxışı partiyanın keçdiyi tarixi yolun, qarşıda dayanan vəzifələrin və yeni dövrün reallıqlarının ifadəsi oldu. Bu gün VIII Qurultayın keçirildiyi tam bütövləşmiş ölkəmizə baxanda Yeni Azərbaycan Partiyasının keçdiyi yolun tarixi miqyası daha aydın görünür. Qurtuluşla başlayan yol Zəfərlə ucaldı. Bu yolun başlanğıcında Ulu öndər Heydər Əliyevin adı, Zəfər səhifəsində isə Prezident İlham Əliyevin rəhbərliyi ilə yazılan böyük tarix dayanır.

Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycan dövlətçiliyinin müasir tarixindən ayrı düşünülə bilməz. Xalqın inamı ilə başlayan bu siyasi yol Heydər Əliyevin Qurtuluş xəttindən Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəfər salnaməsinə qədər uzanaraq bu gün ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş ölkəmizin yeni tarixində öz layiqli yerini tutur. Bu tarix dövlətçilik ənənələrinin qorunması, ölkəmizin qüdrətinin artırılması və qarşıya qoyulan milli hədəflərin gerçəkləşməsi ilə yeni səhifələr qazanıb. Bu gün Yeni Azərbaycan Partiyasının siyasi yolu dövlətçilik tariximizin yeni çağında qarşıya qoyulan hədəflər və gələcəyə hesablanan strateji istiqamətlərlə davam edir.

Səxavəddin Sadıqov,  

ehtiyayda olan polkovnik

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2026 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see293

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see282

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see259

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see255

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see250

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see242

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see242

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see241

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see224

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see214

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see212

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see211

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see208

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see207

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see206

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see205

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see203

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see187

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see168

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri