Icma.az
close
up
RU
Üçtərəfli Bəyanatın müddəti 5 gün sonra bitir; Nələr dəyişəcək? AÇIQLAMA

Üçtərəfli Bəyanatın müddəti 5 gün sonra bitir; Nələr dəyişəcək? AÇIQLAMA

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

10 noyabr Üçtərəfli Bəyanatının imzalanmasındana artıq 5 il keçir. Bu müddət ərzində Azərbaycan Bəyanatdan irəli gələn addımların, demək olar ki, hamısını atıb və öz öhdəliyinə düşənləri eyrinə yetirib. Lakin Ermənistanın hələ də yerinə yetirməli olduğu bir çox öhdəliklər var. Bu məqamda 5 il müddətinə imzalanan Bəyanatdan sonra ölkəmizi nələrin gözlədiyi müəmmalı qalır. Artıq proseslərin hansı istiqamətdə gedəcəyi yalnız Prezident və ona ən yaxın dövlət rəsmilərinə məlumdur. Bununla belə, regiondakı son hadisələr göstərir ki, sülh üçün müəyyən imkanlar yaranıb.

Əsas məsələ Ermənistanın konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı olan ərazi iddialarının aradan qaldırılmasıdır. Bu dəyişikliklər edildikdən sonra sülh müqaviləsinin imzalanması daha real görünür.

Bəs indi sual yaranır: 10 noyabr Üçtərəfli Bəyanatının bütün müddəaları yerinə yetiriləcəkmi və nəhayət, Azərbaycanla Ermənistan arasında dayanıqlı sülh imzalanacaqmı?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc Avtosfer.az-a açıqlamasında bildirib ki, 10 noyabr Üçtərəfli Bəyanatı Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin faktiki rəsmiləşməsidir:


“Oradakı müddəaların mühüm bir hissəsi torpaqlarımızın azadlığını özündə ehtiva edirdi.

Çünki növbəti mərhələdə Ermənistan qarşısında qoyulmuş qrafik icra olunmalı idi və Ali Baş komandanın qalib iradəsi, millətimizin yenilməzliyi, ordumuzun qəhrəmanlığı sayəsində bunlar baş verdi. Dekabrın 1-nə qədər davam edən proseslər həmin dövr üçün ərazilərimizin mütləq əksəriyyətinin azadlığı ilə başa çatdı.
Tarixdə hər zaman müharibələrin sonunda sənədlər imzalanmasa, razılaşdırılmasa, bu, növbəti dövrdə yeni savaşların yaranmasına səbəb olur. O dövr üçün noyabr sənədi bizim üçün çox əhəmiyyətli idi.

Ölkə rəhbəri həmin sənədi Ermənistanın kapitulyasiyası, yəni təslimiyyət aktı kimi təqdim etmişdi və bu, tamamilə gerçək idi. Həmin dövrdə regionda formalaşan münasibətlər sistemi və bölgəyə gətirilən sülhməramlı qüvvələr elə bir vəziyyət yaratdı ki, Azərbaycan Xankəndi zəfərini daha əlverişli zamanda reallaşdırmaq üçün strateji plan qurdu.

Bundan əvvəl Fərrux və Qırxqız yüksəkliklərinin, eləcə də digər ərazilərin tam nəzarətə götürülməsi, 12–14 sentyabrda Kəlbəcər istiqamətində neytral ərazilərdə Azərbaycanın nəzarətinin təmin edilməsi 12 dekabrdan başlayan dinc aksiyalar mərhələsində savaşın sanki başqa bir platformada inkişafını təmin etdi”.
Deputat əlavə olaraq qeyd edib ki, Laçın yolundakı dinc aksiyalar vasitəsilə Azərbaycanın şərtləri diktə etməsi sonda 20 sentyabr Xankəndi zəfərinə gətirib çıxardı və bununla da Azərbaycan öz torpaqları üzərində tam suverenliyini bərqərar etdi. Bu, Konstitusion bütövlüyün reallaşması demək idi:

“Həmin dövrdə ərazilərimizdə mövcud olan saxta dövlət təsisatları və “prezidentlik institutu” kimi qurumlar ləğv edildi. Separatçı qurumun rəhbəri Şahramanyan da təslimiyyət və ləğv aktlarını imzalamağa məcbur oldu.


Bu proses nəticəsində Ermənistanda da yeni siyasi vəziyyət yarandı. Könüllü şəkildə ərazini tərk edən ermənilərin bunu etnik təmizləmə kimi təqdim etmək əsassızdır. Üç əsr ərzində bölgədə siyasi mina kimi istifadə olunan “erməni məsələsi” Azərbaycanın coğrafiyasından çıxarıldı. Bu, çox böyük tarixi hadisədir.
Qarabağ heç vaxt indiki qədər Azərbaycan dövlətçiliyi üçün birləşdirici və qurucu bir platformaya çevrilməmişdi.

Lakin ötən dövrdə müxtəlif moderatorların vasitəçiliyi ilə aparılan danışıqlar sülh müqaviləsinin imzalanması ilə nəticələnmədi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə və digər ölkələrdə aparılan danışıqlar nəticə vermədi.

Ən sonda isə 8 avqustda ABŞ-da, Ağ Evdə keçirilən Vaşinqton görüşü faktiki olaraq Azərbaycanın qələbəsinin tanıdılması, onun legitimliyinin qəbul edilməsi oldu.
Bayden administrasiyası dövründə dəfələrlə Azərbaycana xəbərdarlıqlar olunmuşdu ki, Xankəndi əməliyyatı keçirilməməlidir. Hətta “Qələbə qazanmısınız, amma cəzalandırılacaqsınız” kimi təhdidlər də səsləndirilmişdi.

Ölkə rəhbəri dəfələrlə qeyd edib ki, ABŞ ilə münasibətlərin ən gərgin dövrü məhz həmin zaman olub. Amma Azərbaycanın qalib iradəsini diplomatik müstəvidə də dayandırmaq mümkün olmadı və 8 avqust sənədi tarixə parlaq gün kimi yazıldı”.

Zahid Oruc əlavə olaraq qeyd edib ki, bu, tarix boyu Kürəkçaydan, Gülüstandan, Türkmənçaydan və Qars müqavilələrinə qədər taleyimizin bölündüyü sənədlərdən fərqli olaraq, ilk dəfə qalibiyyət şərtləri altında imzalanmış sənəd idi:
“Hazırda Ermənistanda vəziyyət həmin müqavilələr əsasında inkişaf edir. Paşinyan hökuməti seçki prosesinə start verib və bu, konstitusiya dəyişikliklərinə də gətirib çıxara bilər.

Böyük ehtimalla, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sülh müqaviləsi elə Bakıda imzalanacaq.
Beləliklə, 10 noyabr sənədi həmin dövr üçün kapitulyasiya aktı kimi qiymətləndirilməli, növbəti mərhələdə isə regionda dayanıqlı sülhün əsasını qoyan sənəd kimi tarixdə qalmalıdır.

Ermənistanın bundan sonra Azərbaycana qarşı hərbi müharibə aparmaq üçün nə insan, nə texnika, nə də resurs imkanları qalıb. 30 il davam edən reallıqlar dəyişib və bu dəfə şərtləri diktə edən tərəf Azərbaycandır.


İndi isə bütün dünya qərarları Bakının diktə etdiyi bir məkan kimi izləyir və bu, müharibənin ən mühüm nəticələrindən biridir”.

Politoloq Zeynal Əmrəliyevin fikrincə, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün yeganə maneə Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsidir:


“Bu, əsasən texniki bir məsələ hesab olunur. Həmin dəyişikliklər edildikdən, yəni sənəddən Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları çıxarıldıqdan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün heç bir hüquqi və ya siyasi maneə qalmayacaq.

Sülh müqaviləsinin imzalanması artıq real və qaçılmazdır. Burada əsas məqsəd yalnız sənədin imzalanması deyil, həm də iki ölkə arasında davamlı sülhün təmin edilməsidir. Bunun üçün ilk növbədə etimad mühitinin yaradılması vacibdir.

Hazırda ictimai xadimlərin qarşılıqlı səfərləri bu istiqamətdə atılan mühüm addımlardandır. Azərbaycanlı ictimai xadimlərin Ermənistana, eləcə də erməni nümayəndələrin Azərbaycana səfərləri barədə mediada məlumatlar yayılıb. Bu səfərlərin əhatə dairəsinin genişləndirilməsi isə vacib hesab olunur.

Belə ki, bu prosesdə eyni şəxslərin deyil, müxtəlif sahələrdən olan nümayəndələrin iştirakı təmin edilməlidir. Qərbi Azərbaycan İcmasının üzvləri, siyasi analitiklər, hüquqşünaslar, iqtisadçılar, psixoloqlar da bu heyətlərə daxil edilməlidir. Bu, dialoqun həm dərinliyini, həm də ictimai legitimliyini artıracaq.

Bundan sonra prosesin diplomatik müstəviyə keçirilməsi və orada yekun razılaşmaların əldə edilməsi vacibdir. Artıq əsas məsələlər həll olunub, lakin yenə də Azərbaycan hərbi sahədə öz gücünü qorumağa davam etməlidir”.

Politoloq bildirib ki, çünki Ermənistan daxilində, xüsusilə müxalifət və keçmiş Qarabağ klanına mənsub olan şəxslər arasında zaman-zaman revanşist çağırışlar səsləndirilir:

“Buna görə də Azərbaycan Ordusu hər an hazırlıqlı olmalı və istənilən təxribat cəhdinə qəti və layiqli cavab verməlidir.
Azərbaycan artıq 44 günlük Vətən müharibəsində və 2023-cü ildə keçirilən 23 saatlıq antiterror əməliyyatı ilə öz hərbi gücünü sübut edib.
İndi əsas mərhələ diplomatik müstəviyə keçmək və qarşılıqlı etimad mühitini gücləndirməkdir. Ermənistan Konstitusiyasında tələb olunan dəyişikliklər edildikdən sonra isə sülh müqaviləsinin imzalanması artıq yalnız zaman məsələsi olacaq”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:26
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 05 Noyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see221

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see219

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see215

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see194

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see176

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see143

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see141

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see141

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see139

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see138

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see131

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see127

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see127

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see126

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see125

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Madriddə keçirilən VI Konqresdə FOTO

04 Noyabr 2025 10:00see123

A Seriyası: Latsio rəqibini evə əliboş göndərdi

04 Noyabr 2025 05:38see123

Merts Suriyanın keçid dövrü prezidenti ilə qaçqınların geri qayıdışı məsələsini müzakirə edəcək

04 Noyabr 2025 07:01see122

Berdıyevi istefaya göndərmək həvəsi

04 Noyabr 2025 10:00see122

Prezidentin Ana dili ilə bağlı tapşırığına əsasən AMEA hansı tədbirləri görəcək? İsa Həbibbəylidən ÖZƏL AÇIQLAMA

04 Noyabr 2025 17:21see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri