Icma.az
close
up
RU
Üçtərəfli görüş Azərbaycana hansı əlverişli şərait yaradacaq? ŞƏRH

Üçtərəfli görüş Azərbaycana hansı əlverişli şərait yaradacaq? ŞƏRH

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan, İran və Rusiya arasında nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü yanvarın 28-də Moskvada keçiriləcək. Bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının 16-cı iclasında deyib.
Millət vəkili Vüqar İskəndərov Demokrat.az-a üçtərəfli görüş haqqında açıqlama verib.
O qeyd edib ki, Azərbaycan yerləşdiyi coğrafi mövqeyinə görə öz cəlbediciliyini həmişə qoruyub:
“Beynəlxalq logistika yollar, tranzitlər, qitələrin kəsişməsini təmin etməsi və  bunu bacarması layiqincə icra etməsi həm qonşu dövlətləri, həm də bizdən uzaqda olan ölkələri Azərbaycana olan marağını artırır. Azərbaycan, İran, Rusiyanın nəqliyyat nazirlərinin növbəti üçtərəfli görüşü bu il, yanvar ayın 28-də Moskva da təşkil olunması nəzərdə tutulub. Azərbaycan, İran və Rusiya arasında strateji mövqeyi üç tərəfli əməkdaşlığı inkişaf etdirmək hər üç ölkənin təbii ki, marağındadır. Düşünürük ki, bu   görüşdə əsasən şimal-cənub nəqliyyatda dəhlizlə bağlı məsələlər müzakirə ediləcək. Artıq qeyd olunur ki, gələcək 5 il ərzində həmin yoldan 15 milyon ton yük daşınması hədəflənir. Bu və ya digər məsələlər üçtərəfli görüşdə müzakirə olunacaq”.
Millət vəkili qeyd edib ki, burada həm Zəngəzur  dəhlizi  ilə bağlı məsələlərin də müzakirə olunmasını istisna etmirik:
“Bu məsələdə Azərbaycan və Rusiyanın mövqeyi yaxındır. Təbii olaraq İran da bu məsələdə öz rasional siyasətini ortaya qoymalıdır. Amma əsasən düşünürük ki, üçtərəfli görüşdə şimal-cənub nəqliyyat dəhlizi ilə bağlı və orada yük daşımalarla bağlı məsələ prioritet olacaq. Və təbii olaraq yolların, nəqliyyat dəhlizlərinin quru, dəmir, hava yolu ilə hər biri mövcud olduğu ölkələrə gəlirlər gətirir. Azərbaycan iqtisadiyyatının şəxələndirilməsində bu məsələlərə çox böyük önəm verir. Əbəs deyil ki, Azərbaycan qeyd etdiyimiz kimi özünün iqtisadi siyasət sahəsində nəqliyyat dəhlizlərinə, yollara şəxələndirilməsinə çox böyük önəm verir. Bu da ölkəmizin cəlb ediciliyini ildən ilə artırır. İran, Rusiya Azərbaycanın yaxın qonşu olan böyük dövlətlərdir. Hər iki ölkə ilə iqtisadi sahədə əlaqələrimiz mövcuddur və indiki dünyanı bürüyən  dərin böhranlar ölkələri həm öz milli maraqları  çərçivəsində, həm də çox tərəfli əməkdaşlığa sövq edir. Bu, çox vacib nüansdır”.
V.İskəndərov onu da qeyd edib ki, Azərbaycan Ermənistan istisna olunmaqla bütün qonuş dövlətlərlə çox yaxşı münasibətlər saxlayır və onun inkişaf etdirilməsində maraqlı olduğunu həm göstərir, həm də real icra edir:
“Hesab edirəm ki, Moskvada təşkil ediləcək Azərbaycan, İran və Rusiya nəqliyyat nazirləri arasındakı üçtərəfli görüşdə bu və ya digər vacib məsələlər müzakirə olunacaq. Təbii olaraq, hər bir qeyd olunan ölkələr bu məsələlərin gələcək dividendlərini bilir, hesablayır. Qeyd olunan məsələlər icra olunduqca, hər ölkə bu vəziyyətdən gəlirlərini artıra bilər. Bu, ölkəmiz üçün də önəmli məsələdir. Düşünürəm ki, bu görüşdən müsbət nəticələr gözləmək olar”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 23 Yanvar 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri