Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonu keçiriləcək
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
8-11 oktyabr tarixlərində üçüncü Beynəlxalq Xankəndi Ultramarafonu keçiriləcək.
İdman.Biz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək ultramarafona Qəbələ şəhərindən start veriləcək.
İştirakçılar 192 km məsafəni qət edərək Xankəndidə finişə çatacaqlar. Yarışda 5 ölkədən 100 atletin iştirakı gözlənilir.
Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır. 192 kilometrlik Qəbələ–Xankəndi marşrutu iştirakçıların fiziki hazırlığını və dözümlülüyünü sınayan ciddi mübarizə vəd edir.
Ultramarafon dörd mərhələdən ibarət olacaq: Qəbələ–Ağdaş (55 km), Ağdaş–Bərdə (65 km), Bərdə–Ağdam (44 km) və Ağdam–Xankəndi (28 km). Hər mərhələnin qalibləri ayrıca təltif ediləcək, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.
Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 km məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.
2026-cı ildə üçüncü dəfə təşkil olunan Xankəndi Ultramarafonu yenidən Qəbələ-Xankəndi marşrutu üzrə keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 05 Oktyabr 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















