Icma.az
close
up
RU
Üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək

Üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi, idman sahəsi də yeni inkişaf dövrünə qədəm qoydu. Onun rəhbərliyi ilə milli idman hərəkatının inkişafına xüsusi diqqət ayrıldı. Ümummilli Lider Heydər Əliyev idmanın təkcə fiziki sağlamlıq deyil, həm də milli ruhun yüksəldilməsi, gənclərin düzgün formalaşması və Azərbaycanın beynəlxalq arenada tanıdılması üçün mühüm vasitə olduğunu daim vurğulayırdı. İdmançılarımıza göstərilən qayğı, onların beynəlxalq yarışlarda iştirakı üçün yaradılan şərait, eləcə də ölkəmizdə idman infrastrukturunun yaradılması bu sahədə atılan mühüm addımlar idi.

Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək Azərbaycanın idmanını dünya miqyasında tanıdan böyük nailiyyətlərə imza atmışdır. Onun rəhbərliyi ilə ölkəmizdə müasir idman infrastrukturunun genişləndirilməsi istiqamətində misilsiz işlər görülmüşdür. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Su İdman Sarayı kimi möhtəşəm idman obyektləri istifadəyə verilmiş, respublikanın müxtəlif bölgələrində olimpiya idman kompleksləri inşa edilmişdir. Bu obyektlər həm yerli, həm də beynəlxalq səviyyəli yarışların keçirilməsində mühüm rol oynamışdır.Azərbaycan artıq dəfələrlə Avropa və dünya səviyyəli idman tədbirlərinə ev sahibliyi etmişdir. Bu gün Azərbaycan idmançılarının Olimpiya və Paralimpiya Oyunlarında qazandığı medallar onların həm fiziki, həm də mənəvi baxımdan hazırlıqlı və güclü olduqlarını nümayiş etdirir. Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı ölkədə idman sahəsində olan tərəqqini bir daha əyani şəkildə sübut etdi. Dövlət başçısı çıxışında qeyd edib: " Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif yarışlarda təsdiqləyir. İlin ən böyük yarışı Yay Olimpiya Oyunları idi və burada da biz tarixi nəticə əldə etmişik. Komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşmışdır. Bu, ən yüksək nəticədir. Bütövlükdə iki yüzdən çox milli komanda Olimpiya Oyunlarında iştirak edirdi. Onların arasında 30-cu olmaq çox böyük nailiyyətdir. Müsəlman ölkələri arasında Azərbaycan üçüncü yerdə idi. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır.Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi ilə yanaşı hərbi hazırlıq və fiziki hazırlığın da vacib olduğunu qeyd edən ölkə başçısı daha sonra deyib: ” Fiziki güc mənəvi saflığa da yol açır və şadam ki, bizim idmançılarımızın mütləq əksəriyyəti idmanda da, məişətdə də, cəmiyyətdə də nümunədirlər, örnəkdirlər. Onların davranışı, cəmiyyətdəki fəaliyyəti məni və əminəm ki, bütün xalqımızı sevindirir. Azərbaycan gənci məhz belə olmalıdır - vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli Azərbaycan gənci.

Gələn il Üçüncü MDB Oyunlarının Azərbaycanda keçiriləcəyini bildirən Prezident İlham Əliyev daha sonra qeyd edib: Bunun üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Gəncə şəhəri MDB Oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və Oyunlara qədər istismara verilməlidir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin böyük Olimpiya İdman Kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya Kompleksi olmamışdır. Üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Əminəm ki, bu Oyunların ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər. Hər yerdə ədalət olmalıdır - beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə. Biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik və bununla qürur duyuruq. Əminəm ki, bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir.Bu gün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin digər ölkələrin işlərinə kobudcasına qarışması, vəziyyətin gərginləşməsi - bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq-iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi Zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Artıq 30 ilə yaxındır ki, Azərbaycan sabitlik şəraitində yaşayır və əminəm ki, bundan sonra əbədi sabitlik şəraitində yaşayacaq”.

Ağaverdi Əliverdiyev

YAP Qusar rayon təşkilatının əməkdaşı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:272
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Dekabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see267

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see185

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see179

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see173

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see172

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see170

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see170

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see169

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see169

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see167

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see167

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see166

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see165

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see164

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see160

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri