Icma.az
close
up
RU
Üçüncü qüvvələrin Cənubi Qafqazdakı bazaları Təhdid yaradır

Üçüncü qüvvələrin Cənubi Qafqazdakı bazaları Təhdid yaradır

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Cənubi Qafqaz ölkələri sırasında bu gün yalnız Ermənistanda xarici ölkələrin hərbi bazaları mövcuddur. Belə ki, burada Rusiyanın hərbi bazası və Avropa İttifaqının Müşahidə Missiyası fəaliyyət göstərir. Ümumiyyətlə, regiondan üçüncü qüvvələrin qoşunlarının çıxarılması məsələsinin gündəmə gətirilməli olduğunu düşünənlər var. Ermənistandakı həm Rusiya bazası, həm də Avropa müşahidəçilərinin çıxarılmasının zəruri əhəmiyyət daşıdığı qeyd olunur.

"Rusiya hərbi bazasının Ermənistanda olması həmin iki ölkə arasında olan münasibətdir"

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan bir qayda olaraq özünün milli maraqlarına zərər vuracaq faktorlara diqqət yetirir:

"Rusiya hərbi bazasının Ermənistanda olması həmin iki ölkə arasında olan münasibətdir. Hələ ki həmin qoşunların Azərbaycana qarşı hər hansı təhdidi barədə bir informasiya və fakt ortaya çıxmayıb. Bu iki ölkə öz münasibətlərini özləri həll etməlidirlər. Rusiya ilə Azərbaycan strateji müttəfiqlərdir və müttəfiqlik ilk növbədə təhlükəsizlik və bir-birinin müstəqilliyinə hörmətlə yanaşmağı nəzərdə tutur".

"Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası narahatlıq yaratmaqdadır"

Deputat qeyd edib ki, Ermənistan ərazisində yerləşən Avropa İttifaqının müşahidəçiləri, əlbəttə, Azərbaycan üçün narahatlıq doğuran faktordur:

"Azərbaycan və Ermənistan sülh müqaviləsinin mətnini hazırlayıblar. Onun imzalanması üçün müəyyən işlər görüldükdən sonra məsələ həll olunacaq. Nə səbəbdən yüzlərlə nümayəndə Avropa büdcəsi hesabına Ermənistan sərhəddindən Azərbaycan ərazilərini izləməkdə davam edirlər? Onları Azərbaycan ərazisində nəsə maraqlandırırsa, qoy, sivil qaydada vizamızı alsınlar, gəlib Azərbaycan ərazisində müşahidə etdiklərini gözləri ilə görsünlər. Hesab edirəm ki, bu gün həmin missiyanın fəaliyyəti  artıqdandır və Azərbaycan-Ermənistan müasibətlərinin normallaşmasına çox ciddi mane olur. Bu, əlbəttə, diqqətdən kənarda qala bilməz".

A.Mirzəzadə söyləyib ki, Fransa radioaktiv tullantılarını Ermənistanda Azərbaycan sərhədlərinə yaxın yerdə basdırıb:

"Bu günlərdə məlumat çıxdı ki, Fransa özünün radioaktiv tullantılarını Ermənistanın Azərbaycanla şərti sərhədi yaxınlığında basdırıb. Bu, əlbəttə, Azərbaycan üçün təhlükədir. Nə dərəcədə onun təhlükəsizliyinə təminat veriləcək, bu, sual altındadır. Bu tullantılar niyə Fransada yox, Azərbaycana yaxın ərazilərdə basdırılıb? Sabah həmin tullantılar sızıntı verəcək, yeraltı sularla Azərbaycana gələcək. Bu, vətəndaşlarımızın sağlamlığı və Azərbaycan üçün ciddi problemdir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar, regiondan kənardakı ölkələr belə məsələlərdə buradakı ölkələrin suverenliyini, atdıqları addımların onlara nə dərəcədə təsir edəcəyini nəzərə almalıdırlar".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyul 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri