Icma.az
close
up
RU
Üçüncü variant yalnız Putinin hakimiyyətdən getməsidir

Üçüncü variant yalnız Putinin hakimiyyətdən getməsidir

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçərkən həm cəbhədə raket hücumları intensivləşir, həm də siyasi və diplomatik müstəvidə mühüm dəyişikliklər baş verir. Bryansk vilayətinə endirilən zərbə, Kiyevdə hökumət dəyişikliyi hazırlığı və Böyük Britaniyanın Ukraynaya dəstəyini davam etdirməsi müharibənin təkcə hərbi deyil, həm də siyasi xarakter daşıdığını göstərir. Bütün bunlar münaqişənin yaxın perspektivdə hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı yeni suallar yaradır.Hərbi əməliyyatlarla paralel siyasi dəyişikliklərin sürətlənməsi Rusiya-Ukrayna müharibəsinin yeni mərhələyə keçdiyini göstərir, yoxsa tərəflər hələ də uzunmüddətli qarşıdurmaya hazırlaşırlar?

“Ağ Partiya” sədrinin müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsində cəbhədə ciddi dəyişiklik yoxdur. Nə Rusiya əhəmiyyətli irəliləyiş əldə edir, nə də Ukrayna Rusiyanın işğal etdiyi əraziləri geri qaytara bilir. Amma dron müharibəsi artıq ən yüksək səviyyədə gedir və bu sahədə Ukrayna Rusiyaya ciddi zərbələr endirir. Rusiyanın infrastrukturuna hücumlar edilir, benzin və yanacaq təminatında problemlər yaranır və s.

Politoloqun fikrincə, Ukraynada da problemlər var. Zelenski, necə deyərlər, "əlcək dəyişən" kimi müdafiə nazirlərini dəyişir. İndi də yeni müdafiə naziri təyin olunub.

"Bu mənə ötən əsrin 90-cı illərində, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanda yaranmış vəziyyəti xatırladır. O vaxt da Azərbaycanda müdafiə nazirləri tez-tez dəyişirdi. Müharibə şəraitində bu, yaxşı göstərici hesab olunmur", – deyə o bildirib.

Böyük Britaniyanın roluna toxunan politoloq bildirib ki, bu müharibənin əsas sponsorlarından və maraqlı tərəflərindən biri məhz Britaniyadır və Ukraynaya dəstək verir. Onun sözlərinə görə, vaxtilə də Rusiya ilə Ukraynanın Türkiyədə əldə edə biləcəyi razılaşmanın pozulmasında Britaniyanın rolu olduğu iddia olunur.

"Boris Conson ukraynalılara bildirdi ki, sona qədər vuruşsunlar və heç bir danışıq olmasın. Zelenski də həmin mövqeyə uyğun hərəkət etdi. İndi Ukrayna da çox yaxşı vəziyyətdə deyil. Təbii ki, Rusiya da çətinliklərlə üzləşir. Belə bir vəziyyət yaranıb. Ukrayna Qərbin dəstəyinə ehtiyac duyur və bu dəstək davam etdikcə müqavimət göstərə biləcək. Amma Ukrayna xalqının potensialı bu müqaviməti nə qədər davam etdirə biləcək, bu artıq ayrıca sualdır", – deyə o qeyd edib.

Politoloq hesab edir ki, Rusiyada da problemlər var. Amma Rusiya həm əhali, həm resurs, həm də hərbi-sənaye potensialı baxımından fərqli imkanlara malikdir. Silah istehsalı baxımından Rusiya tamamilə kənardan asılı deyil. Düzdür, müəyyən silahları, texnologiyaları və ya digər dəstəyi Çindən, Şimali Koreyadan, İrandan və başqa ölkələrdən alır. Canlı qüvvə və digər istiqamətlərdə də müəyyən dəstək mövcuddur. Amma ümumilikdə Rusiya özünü həm silah, həm də digər sahələr üzrə təmin edə bilir. Çünki ərazi baxımından çox böyük dövlətdir. Nefti, qazı, meşələri və geniş torpaq ehtiyatları var. Yəni böyük resurslara malikdir.

"Hazırda Rusiyada benzin böhranı və digər problemlər də yaşanır. Mən bununla razıyam. Heç kim Rusiyanın çətinliklərini inkar etmir. Amma mən bunu dünən paylaşdığım postda da qeyd etmişdim: artıq Putinin geri çəkiləcəyi yol qalmayıb.

Bizdə bəziləri elə düşünür ki, müharibə uzandıqca bu, Putinin sonu olacaq. Mən belə hesab etmirəm. Əksinə, hazırkı vəziyyətdə müharibə dayansa və belə nəticələrlə atəşkəs əldə olunsa, bu, Putinin sonu ola bilər. Ona görə də mən hesab edirəm ki, Putin ən azı Donbas tam nəzarətə götürülməyənə qədər müharibəni dayandırmayacaq", – deyə o bildirib.

Əhəd Məmmədlinin fikrincə, bunun iki yolu var: ya Rusiya Donbas üzərində tam nəzarət əldə edəcək, ya da Ukrayna həmin ərazilərdən çıxaraq Putinin irəli sürdüyü şərtlərlə razılaşacaq. Üçüncü variant isə Putinin hakimiyyətdən getməsidir.

"Yalnız bu halda müharibədə dönüş nöqtəsi yarana bilər. Mənim fikrimcə, vəziyyət belədir", – deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 İyul 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see473

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see360

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see274

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see270

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see255

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see219

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see217

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see203

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see201

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see198

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see194

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see193

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see189

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see175

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see174

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see170

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri