Icma.az
close
up
RU
“Putinin strategiyası Üçüncü Dünya Müharibəsi riskini artırır” “Bu, dönüş nöqtəsidir...”

“Putinin strategiyası Üçüncü Dünya Müharibəsi riskini artırır” “Bu, dönüş nöqtəsidir...”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya ilə Qərb arasında artan qarşıdurma fonunda beynəlxalq münasibətlər sistemində gərginliyin kəskinləşdiyi, böyük güclər arasında mümkün toqquşmanın daha real göründüyü bir mərhələyə daxil olunub. 

Politoloq Zaur İbrahimli hesab edir ki, Ukraynada müharibənin uzanması, Rusiya–Çin tandemi və Qərbin reaksiyası Üçüncü Dünya Müharibəsi riskini ciddi şəkildə artırır.

Zaur İbrahimli bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsini yalnız rəsmi Kiyevin tam kapituliyasiyası ilə başa çatdırmaq qərarı artıq onun əsas strategiyasına çevrilib. Politoloqun sözlərinə görə, bu yanaşma Moskvanın yalnız Ukraynaya deyil, həm də qonşu ölkələrə qarşı siyasətində dönüş nöqtəsidir.

“Putin qonşularını Belarus və Tacikistan kimi loyal və suverenliyindən imtina edən dövlətlərə çevirmək istəyir. Moskva artıq diplomatiya və balanslaşdırılmış yanaşmanı bir kənara qoyub, yalnız diktə edən mövqedən çıxış edir,” – deyə İbrahimli qeyd edib.

Onun fikrincə, bu strategiya həm Cənubi Qafqazda, həm də xüsusilə Ermənistanın davranışlarında özünü büruzə verir: “Paşinyanın son addımları və Azərbaycanla münasibətlərin tənzimlənməsindəki yanaşma da Kremlin bu yeni siyasəti ilə birbaşa bağlıdır.”

İbrahimli vurğulayıb ki, ABŞ-nin Türkiyəni ön plana çıxarmaq, Bakı və İrəvanla vasitəçilik prosesində rolunu artırmaq qərarı da məhz Moskvanın sərtləşmiş kursuna qarşı yönəlib. 

“Rusiya bu siyasəti Çinlə razılaşdırıb və Pekin Ukraynada müharibənin davam etməsinə strateji maraqla yanaşır,” – deyə o bildirib.

Politoloq qeyd edib ki, Çin prezidenti Si Cinpin Donald Trampın planlarını pozmaq üçün Kremli dəstəkləyir və Ukraynanın kapitulyasiyasına qədər yardımını davam etdirməyə söz verib.

“Tramp daha çox iqtisadi maraqları önə çəkirdisə, Çin geosiyasi üstünlüklər vəd edir,” – deyə İbrahimli əlavə edib.

O xatırladıb ki, yaxın günlərdə Çin Almaniyaya məxsus qırıcı təyyarəni lazer silahı ilə hədəf alaraq mövqeyində ciddi dəyişiklik siqnalı verib: “Bu, Pekinin artıq açıq qarşıdurmaya hazırlaşdığını göstərən əlamətdir.”

İbrahimli bildirib ki, Qərbin reaksiyası da sərtləşməkdədir. Almaniya Müdafiə Nazirliyinin Ukrayna üzrə xüsusi qərargahının rəhbəri, general-mayor Kristian Freydinqin bəyanatına istinad edən politoloq vurğulayıb: “Almaniya tərəfindən maliyyələşdirilən ilk uzaqmənzilli raketlər iyulun sonuna qədər Ukraynaya veriləcək. Bu raketlər Rusiya ərazisinin dərinliklərindəki hərbi anbarlar, komanda məntəqələri və aerodromları hədəfə almağa yönəlib.”

Politoloq qeyd edib ki, ritorika artıq İkinci Dünya Müharibəsi dövrünü xatırladır.

“Putinin Ukraynaya hücumu köhnə beynəlxalq nizamı dağıtdı. Lakin sual açıq qalır: Yeni dünya müharibəsiz inşa oluna bilərmi?” – deyə, Zaur İbrahimli sonda vurğulayıb.

Rasim Əliyev
“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 İyul 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri