Icma.az
close
up
RU
Putinin səbri bitir: Paşinyana qarşı son variant

Putinin səbri bitir: Paşinyana qarşı son variant

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Son zamanlar Ermənistanın Baş naziri Nikol Paşinyan anti-Rusiya siyasətini daha bariz şəkildə biruzə verir”. 

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədrinin beynəlxalq məsələlər üzrə müavini, siyasi ekspert Afiq Axundov “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, Paşinyan Rusiyanın addımlarından narahatdır: 

“Paşinyan Kremlin ona qarşı müəyyən həmlələr etdiyini bilir. Bu səbəbdən də xarici siyasət kursunu daha da sərtləşdirib. O, Rusiyanın xüsusilə bütün ermənilərin katalikosu II Qaregin və kilsəyə açıq dəstəyindən çox qəzəblidir. Ermənistanda Rusiya əleyhinə atılan addımların və Moskvaya qarşı verilən bəyanatların əsas səbəblərindən biri də məhz budur”. 

Lakin ekspertin sözlərinə görə, Kreml Ermənistanın Baş nazirinin bu addımlarına çox dözməyəcək: 

“Hesab edirəm ki, Kreml Nikol Paşinyanı anti-Rusiya siyasətinə görə cəzalandıracaq. Bunun hansı şəkildə olacağını indidən demək çətindir. Ancaq reallıq ondan ibarətdir ki, Rusiya belə addımları bağışlamır. 

Xüsusilə Prezident Vladimir Putinin bu tip mövzularda kəskin qərarlar verdiyi hamıya məlumdur. Elə yaxın keçmişdə “Vaqner”in rəhbəri Yevgeni Prioqjinin ölümünü xatırlamaq yerinə düşər. Priqojin səhv etdiyi üçün cəzalandırıldı. Bənzər son Paşinyanı da gözləyə bilər”. 

Afiq Axundov qeyd edib ki, Rusiya Paşinyana sui-qəsd edə bilər: 

“Kreml ilk növbədə Paşinyana qarşı çevriliş etməyə çalışacaq. Əslində kilsənin başlatdığı etirazların səbəbi də ondan qaynaqlanır. Düşünürəm ki, Ermənistanda hakimiyyət dəyişikliyi etmək üçün daha fərqli və kəskin həmlələr edilə bilər. 

Bu həmlələrin hamısının uğursuz olması ehtimalında isə sui-qəsdin son variant kimi gündəmə gəlməsi mümkündür. Ümumiyyətlə, Rusiya üçün bu ehtimal hər zaman masada olub. Tarix boyu müxtəlif dövrlərdə bu addımı atmaqdan çəkinmədiklərini bilirik. Bəlkə də Paşinyana qarşı sui-qəsd ehtimalı getdikcə yaxınlaşır. Bu, Ermənistanın Baş nazirinin yaxın perspektivdə yürüdəcəyi siyasətdən birbaşa asılı olacaq”.
Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Ermənistan Rusiya Paşinyan Putin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 İyul 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see284

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see277

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see273

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see264

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see261

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see261

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see257

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see253

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see250

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see250

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see239

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see237

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see229

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see210

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see208

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see198

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see195

Mehriban Əliyevanın təşəbbüsü yüzlərlə qadın həkimə stimul oldu Cərrah Səkinə Xudıyeva

04 Sentyabr 2026 16:47see193

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see189

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri