Ucuz qiymətə “sınaq“ avtomobilləri: Alıcılar nəyə diqqət etməlidirlər? VİDEO
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Son vaxtlar xarici ölkələrdən qəza testindən çıxan avtomobillərə maraq artıb.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu avtomobilləri alanların əsas arqumenti onların həm daha ucuz qiymətə satılması, həm də yürüşünün az olmasıdır.
Lakin mütəxəssislər bildirirlər ki, belə avtomobilləri bərpa etmək nə asan, nə də ucuz başa gəlir.
Avtousta Xaliq Əliməmmədov deyib ki, qəza testindən çıxan avtomobillər istehsalçılar tərəfindən bazar qiymətindən dəfələrlə aşağı məbləğə təklif olunur:
"Bu maşınlar test zamanı ciddi zərər gördüyü üçün bərpası çox çətin olur. Biz belə avtomobilləri düzəldərkən çox vaxt və zəhmət sərf edirik. Görünüşcə problemsiz görünsə də, gizli texniki nasazlıqlar qalır".
Onun sözlərinə görə, xüsusilə hava yastıqları və elektron idarəetmə sistemləri əvvəlki kimi işləməyə bilər.
Mütəxəssislər alıcılara xəbərdarlıq edirlər ki, bu tip avtomobilləri almaqdan əvvəl onların keçmişi və texniki vəziyyəti diqqətlə yoxlanılmalıdır. Çünki bəzi hallarda qəza testindən çıxan avtomobillər elə həmin ölkədə bərpa olunaraq "yeni avtomobil" adı ilə satışa çıxarılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:20
Bu xəbər 11 Noyabr 2025 08:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















