Icma.az
close
up
RU
ÇİN AVTOMOBİLLƏRİ: HANSI PROBLEMLƏRİ VAR? Alıcılar nələrə diqqət etməlidirlər? + QİYMƏTLƏR

ÇİN AVTOMOBİLLƏRİ: HANSI PROBLEMLƏRİ VAR? Alıcılar nələrə diqqət etməlidirlər? + QİYMƏTLƏR

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illər Azərbaycanda Çin avtomobillərinə maraq nəzərəçarpacaq dərəcədə artıb. Yerli avtosalonlarda yeni modellərin çeşidi genişlənib, şəhər yollarında isə "Changan", "Geely", "BYD" və "Chery" markalı Çin avtomobilləri tez-tez qarşımıza çıxmağa başlayıb.

Məlumata görə, təkcə ötən il ölkədə 29 456 ədəd Çin mənşəli avtomobil qeydiyyata alınıb. Bu göstərici ümumi avtomobil parkının təxminən 1,86%-ni təşkil edir ki, əvvəlki illərlə müqayisədə ciddi artım deməkdir. Azərbaycan bazarında ən çox seçilən Çin markası “Changan” olub – 8 950 ədəd. Onu BYD (4 083 ədəd), “Chery” (3 095), “Geely” (2 482) və “Haval” (2 655) izləyir. Daha az sayda olsa da, “Great Wall” (885), JAC (258), FAW (1 114), “Dong Feng” (557), “Baic” (1 842) və GAC (549) markaları da ölkə yollarında öz yerini tapıb.

Mütəxəssislər hesab edirlər ki, Çin markalarının sürətlə yayılmasının əsas səbəbləri onların münasib qiymətləri, müasir texnologiyalarla təchiz olunması və hibrid-elektrik modellərinin əlçatanlığıdır. Xüsusilə "BYD" və “Chery” markaları elektromobil bazarında yerli alıcıların marağını daha çox cəlb edir.

Ümumi qiymət tendensiyasına gəlincə, ucuz seqment Çin avtomobilləri (kiçik mühərrikli, sadə texniki avadanlıqlarla) təxminən 18 000–25 000 AZN arasıdır.

Orta seqment modellər — orta güclü mühərriklər, daha yaxşı komfort və bəzi texnologiyalarla — təxminən 25 000–35 000 AZN arası qiymətlərlə təqdim olunur.

Yüksək texnologiyalı, zəngin komfort paketi ilə təchiz olunan və ya plug-in, hibrid, elektrik əlavələri olan modellərin qiyməti isə daha da yüksəkdir (məsələn, 35 000 AZN-dən yuxarı).

Qiymətlər təqribən aşağıdakı kimidir:

ModelİlQiymət (AZN)Changan Uni-Z202525 990 AZNKomplektasiya fərqli versiyası202534 400 AZNBYD Destroyer 05202522 550 AZNBaşqa elan versiyasında202518 020–22 965 AZNChangan CS 55 Plus202529 500–30 500 AZNChangan Qiyuan Q07202539 900 AZNChangan Qiyuan Q05202523 120 AZNGeely Galaxy Starship 7202529 240 AZN

Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, ucuz qiymət və zəngin opsiyalara baxmayaraq, Çin avtomobillərinin bir sıra mənfi cəhətləri də var. İlk növbədə, korroziya problemləri, ehtiyat hissələrinin əlçatanlığı, asqı və kardan hissələri kimi komponentlərin tez sıradan çıxması, xüsusən də uzun məsafələrdə və çətin yol şəraitində sürücülərin qarşılaşdığı əsas problemlərdəndir.


Qısası, Çin avtomobilləri Azərbaycan bazarında əlçatan qiymət və müasir texnologiyaları ilə diqqət çəksə də, uzunmüddətli etibarlılıq baxımından hələ də suallar doğurur. Alıcılar üçün əsas sual isə budur: bu modelləri sərfəli qiymətinə görə almağa dəyərmi?

Nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu "AzPolitika"-ya şərhində bildirib ki, hazırda yerli bazarda həqiqətən də kifayət qədər çox Çin avtomobili var: "Son vaxtlar bazarda Çin maşınları ilə bağlı bir qədər durğunluq hiss olunur. Alıcılar artıq ABŞ və Koreya avtomobilləri ilə də maraqlanırlar. Əvvəllər isə bu avtomobillərə yönələnlər demək olar ki, yox idi, hamı Çin maşınına üstünlük verirdi. Biz də elə gözləyirdik ki, müəyyən vaxt keçsin, görək bu maşınlar necə performans göstərirlər".

Ekspertin sözlərinə görə, bütün Çin markaları haqqında mənfi rəy bildirmək doğru olmaz: "Bu gün ölkəmizdə 60-a yaxın Çin markası var, bəlkə də daha çox. Onların sayı yavaş-yavaş azalacaq və nəticədə bazarda yalnız 5 əsas marka qalacaq. Çünki hazırda kifayət qədər çox Çin markası mövcuddur. Bizdə bəzən alıcılar rus forumlarına baxırlar. Orada bir avtomobil 3–5 il sürülür, problem çıxırsa, həmin təcrübəyə əsaslanaraq qərara gəlirlər ki, filan maşın keyfiyyətsizdir. Məsələn, bəzi "Changan" modellərində sürət qutusunda problemlər yaranır və bunun xərci də az deyil. Sürücülər artıq bunları gördükcə, məsələyə daha fərqli yanaşırlar. Amma ümumilikdə demək ki, bütün Çin maşınları pisdir – bu da düzgün olmaz. Sadəcə, alıcılar seçim edərkən daha diqqətli olmalıdırlar".

Ekspert əlavə edib ki, problemlər həm də "boz bazar"dan qaynaqlanır: "Bizdə bazarın 80 faizi qeyri-rəsmi idxal bazarıdır. İnsanların özü bu avtomobilləri gətirir. Rəsmi distribyutordan alınmayan maşınlarda problem yarandıqda sürücü nə edəcəyini bilmir, məcbur olur usta axtarmağa, ehtiyat hissəsi tapa bilmir. Rəsmi distribyutordan alınsa belə, bu cür problemlər yenə yaşana bilər. Digər tərəfdən, servis xərcləri digər avtomobillərlə müqayisədə baha olur. İnsanlar düşünür ki, maşını ucuz alıb, amma sonradan bu xərcləri nəzərə almır. Məsələn, 25–30 minə aldığı maşının mayesini dəyişmək üçün 500–700 manat xərcləmək istəmir. Amma 70–80 minlik avtomobil alan sürücülər üçün bu xərclər normal görünür".

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə bildirib ki, hər bir avtomobilin öz alıcısı var: "Kimisi Avropa istehsalı, kimisi Çin, kimisi isə Yapon istehsalı avtomobil alır. Hər kəs seçim edərkən öz zövqünə, büdcəsinə və istismar vərdişlərinə əsaslanır. Ölkəmizə müxtəlif ölkələrdən maşınlar idxal olunur, həmçinin Çindən də gətirilir. Hibrid avtomobillər də mövcuddur".

Ekspert qeyd edib ki, avtomobil rəsmi diler və distribyutordan alınıbsa və istehsalçı zəmanəti varsa, ciddi problem yaranma ehtimalı azdır: "Əgər problem çıxsa belə, istehsalçının hesabına nasazlıqlar aradan qaldırılır. Ümumiyyətlə, yeni avtomobil alarkən istehsalçı zəmanətinə, avtomobilin hansı ölkə üçün istehsal olunduğuna, hansı təhlükəsizlik standartlarına cavab verdiyinə, hansı yanacaqla çalışdığına və zəmanət müddətinə diqqət etmək lazımdır. Bu gün istehsalçılar avtomobillərə ən azı 5 il zəmanət verirlər".

E. Bəyməmmədli
"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Sentyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri