Uduzan profilinə rəqibin loqosunu qoyacaq Mərc gəldilər
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
İngiltərə və Norveç arasında keçiriləcək Dünya Çempionatının dörddəbir finalı öncəsi rəqabət meydandan kənara çıxıb. İki ölkənin milli aviaşirkətləri sosial mediada bir-birinə meydan oxuyub.
“Qafqazinfo” xəbər verir ki, Norveç tərəfi maraqlı təklif irəli sürüb.
Razılaşmaya əsasən, matçda məğlub olan ölkənin aviaşirkəti bir gün ərzində instaqram profil şəklini qalib ölkənin loqosu ilə dəyişəcək.
Britaniya aviaşirkəti isə bu çağırışa cavab verərək “Qazanmayacağınıza mərc etməyin” mesajını paylaşıb.
Qeyd edək ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Norveçin Baş naziri Yunas Qar Störe də bir neçə gün öncə görüşərək, milli komandalarına dəstək nümayiş etdiriblər. Liderlər komandalarının formalarını geyinərək kameralar qarşısına keçiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 11 İyul 2026 07:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















