Tesla və SpaceX 3.5 trilyon dollarlıq meqaholdinqdə birləşə bilər
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
İlon Maskın rəhbərlik etdiyi "Tesla" və "SpaceX" şirkətləri mümkün birləşmə şərtlərini razılaşdırmaq üçün beş aparıcı menecer təyin edib.
Bu prosesin ilin sonuna qədər başa çatdırılması və bazar dəyəri təxminən 3.5 trilyon dollar olan meqaholdinqin yaradılması nəzərdə tutulur.
Oxu.Az-ın "Financial Times" nəşrinə istinadən verdiyi məlumata görə, danışıqlar komitəsinə "Tesla"dan üç, "SpaceX"dən isə iki nümayəndə cəlb olunub.
Bu heyət inteqrasiya planını hazırlamalı, səhmdarların dəstəyini təmin etməli və investorlar tərəfindən qaldırıla biləcək məhkəmə iddialarının qarşısını almalıdır.
Prosesə "Morgan Stanley" və "Goldman Sachs" kimi maliyyə nəhəngləri, eləcə də "Evercore" konsaltinq şirkəti cəlb edilib. Mütəxəssislər süni intellekt, çip istehsalı, robototexnika, raketqayırma və günəş panellərinin hazırlanması sahələrində hər iki şirkətin maliyyə modellərini, kəsişmə nöqtələrini və əməkdaşlıq perspektivlərini təhlil edirlər.
Həllini gözləyən ən vacib məsələlərdən biri hər iki müəssisənin səhmlərinin ədalətli mübadilə əmsalının müəyyənləşdirilməsidir. Nəşrin mənbələri bildirirlər ki, danışıqlar prosesi gözləniləndən daha mürəkkəb keçə bilər, lakin müqavilənin ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 24 Noyabr 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















