UEFA bizim mediaya bəzi qadağalar qoyub Əcnəbi jurnalistlər də bizdən şikayətçidir
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avroliqa oyunları çərçivəsində yarışlarda iştirak edən bizim media nümayəndələrinın qarşısında UEFA tərəfindən bəzi qadağalar qoyulub.
Mia.az xəbər verir ki, “Qarabağ”-“Çelsi” oyununa akkreditasiya üçün müraciət edən media nümayəndələri tətbiq olunan yeni tələblər və qadağalarla bağlı klubun mətbuat xidmətindən məlumat alıblar.
UEFA-nın mix zona və media tribunadan istifadə zamanı təsdiqlədiyi bəzi qaydalar əvvəldən mövcud idi. Bəzi bəndlər əlavə edilib və bunlar jurnalistlərin foto-video çəkiliş aparması və canlı yayım açması ilə bağlıdır.
Bildirilir ki, “media tribunadan mobil telefon vasitəsilə çəkiliş və ya canlı yayım aparmaq qadağandır. Həmçinin fotoqrafların da stadion ərazisində video çəkiliş aparması qəti şəkildə qadağandır. Bu tələbin pozulması halında akkreditasiya dərhal ləğv edilə bilər və gələcək oyunlara akkreditasiya verilməməsinə səbəb ola bilər”.
Bizə daxil olan məlumata görə, UEFA bizim jurnalistlərin özünü azarkeş kimi aparmasından narahatlıq keçirir. Medianın tərəfsizliyi prinsiplərinin pozulduğunu bildirən UEFA nümayəndələrinin fikrincə, bizimkilər özünü jurnalist kimi yox, azarkeş kimi aparır ki, bu da UEFA prinsiplərinə ziddir.
“Kopenhagen”lə olan sonuncu oyundan sonra isə, eşitdiyimizə görə, əcnəbi jurnalistlər media tribunada səs-küydən və işləyə bilmədiklərindən şikayətlənib.
Əcnəbi həmkarlarımız həmçinin bizi, media otağında öz aramızda hay-küylə danışmaqda qınayıb və beləliklə, psixoloji iş mühitinin yaradılmamasından narazı qalaraq çıxıb gediblər.
Zülfiyyə Mustafayeva
Mia.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 05 Noyabr 2025 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















