UEFA Canni İnfantinonu əvəz edəcək namizəd axtarır
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA rəhbərliyi FIFA prezidenti vəzifəsində Canni İnfantinonu əvəz edə biləcək namizəd axtarışına başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, UEFA-da hesab edirlər ki, FIFA rəhbərliyinə "birləşdirici" fiqur seçilməlidir. Qurumda belə hesab olunur ki, avropalı namizədin seçkidə kifayət qədər səs toplamaq şansı yüksək deyil.
Məlumata əsasən, UEFA rəhbərliyi Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasının (CONCACAF) prezidenti, 60 yaşlı kanadalı Viktor Montalyaninin namizədliyini yüksək qiymətləndirir. O, 2016-cı ildən bu vəzifəni icra edir.
Qəzet yazır ki, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim Əl-Xəlifə də FIFA prezidentliyinə mümkün namizədlərdən biri hesab olunur. O, 2016-cı ildə keçirilən seçkidə hazırkı FIFA prezidenti Canni İnfantinoya cüzi səs fərqi ilə məğlub olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 01 Avqust 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















