Icma.az
close
up
RU
UEFA dan qəti qərar Ofsayd qaydaları dəyişməyəcək

UEFA dan qəti qərar Ofsayd qaydaları dəyişməyəcək

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) futbolda ən mübahisəli məqamlardan biri olan ofsayd qaydasının dəyişdirilməsi təklifini qəti şəkildə rədd edib.

Modern.az xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu "The Times" qəzeti məlumat yayıb.

Belə ki, UEFA rəhbərliyi mövcud qaydanın dəyişdirilməsi ilə bağlı təklifi qəbul etməyib. Daha əvvəl İspaniyanın "AS" qəzeti xəbər vermişdi ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 20 yanvar tarixində ofsayd qaydalarında dəyişiklik edilməsi məsələsini müzakirə edəcək. Lakin görünən odur ki, UEFA bu təşəbbüsə dəstək verməyəcək.

Hazırkı qaydalara əsasən, əgər hücum edən oyunçunun bədəninin hər hansı bir hissəsi ötürmə anında rəqibin qapısına, qapıçı da daxil olmaqla, sonuncudan sonrakı müdafiəçidən daha yaxındırsa, ofsayd vəziyyəti yaranır. Bu qayda 1990-cı illərdə edilən dəyişiklikdən sonra tətbiq olunur və VAR sistemi ilə daha da təkmilləşdirilib.

"Arsenal"ın əfsanəvi baş məşqçisi, FIFA-da qlobal futbolun inkişafı üzrə rəhbər vəzifəsini tutmuş Arsen Venger isə köklü dəyişiklik təklif etmişdi. Vengerin təklifinə görə, əgər bədənin qol vura bilən hər hansı bir hissəsi sonuncu müdafiəçinin xəttində və ya arxasındadırsa, oyunçu ofsaydda hesab edilməməlidir.

Arsen Vengerin 2019-cu ildə ilk dəfə irəli sürdüyü bu təklif hücum futbolunu təşviq etmək və daha çox qolun vurulmasına şərait yaratmaq məqsədi daşıyırdı. Fransalı mütəxəssis hesab edirdi ki, bu dəyişiklik oyunu daha maraqlı və dinamik edəcək.

Lakin UEFA rəhbərliyi futbolun əsas prinsiplərindən birinin dəyişdirilməsinə razılıq verməyib. Ekspertlər hesab edirlər ki, bu qərar VAR-ın tətbiqindən sonra ofsayd vəziyyətlərinin millimetrlə ölçülməsi tendensiyasını davam etdirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Yanvar 2026 09:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri