UEFA İnfantinonun yerinə namizəd hazırlayır
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
UEFA rəhbərliyi FIFA prezidenti seçkilərində hazırkı prezident Canni İnfantino ilə rəqabət aparacaq alternativ namizəd irəli sürməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzetinin jurnalisti Romain Molin “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, aprel ayında İnfantino təşkilatın rəhbəri vəzifəsinə yenidən namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.
Seçkilərin 18 mart 2027-ci ildə Mərakeşdə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, 56 yaşlı İnfantino 2016-cı ilin fevral ayında keçirilən fövqəladə konqresdə FIFA prezidenti seçilib. O, təşkilat daxilində çoxsaylı korrupsiya qalmaqallarından sonra istefa verən sabiq FIFA prezidenti Yozef Blatteri əvəz edib. İnfantino 2019 və 2023-cü illərdə bu vəzifəyə yenidən seçilib.
Bu mövzuda digər xəbərlər:KİV: UEFA İnfantinonun yerinə FIFA prezidentliyinə namizədlər axtarır
01 Avqust 2026 20:49
UEFA İnfantinonun istefasını tələb edir
01 Avqust 2026 18:15
UEFA İnfantinonun rəhbər seçilməsinə qarşıdır
27 Avqust 2026 23:32
İnfantinonun yerinə göz dikib
31 Mart 2025 22:08
UEFA İnfantinonun FİFA prezidentliyinə namizədliyini dəstəkləməyəcək
27 Avqust 2026 22:51
Baxış sayı:90
Bu xəbər 06 İyul 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















