Karlos Prates: İslam Maxaçevlə döyüşüm UFC tərəfindən təsdiqlənib
Icma.az bildirir, Baku.ws portalına istinadən.
UFC-də yarımorta çəki dərəcəsində mübarizə aparan braziliyalı döyüşçü Karlos Prates növbəti titul görüşü ilə bağlı açıqlama verib.
BAKU.WS xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində reytinqin ikinci pilləsində qərarlaşan Prates UFC rəhbərliyinin onun hazırkı çempion İslam Maxaçevlə döyüşünü təsdiqlədiyini bildirib.
Braziliyalı idmançı "N3on" adlı strimerə müsahibəsində rəqibinin məhz İslam Maxaçev olacağını deyib. O, döyüşün dəqiq tarixinin hələ müəyyənləşmədiyini, lakin görüşün dekabr ayında Las-Veqasda keçirilməsini istədiyini dilə gətirib.
"Kimlə döyüşəcəyəm? İslam Maxaçevlə. Nə vaxt olacağını bilmirəm, amma bu döyüş baş tutacaq. İstərdim ki, dekabrda Las-Veqasda keçirilsin. Ancaq bunun baş verəcəyinə çox inanmıram. Ola bilsin ki, yanvarda olsun", – deyə Prates bildirib.
33 yaşlı Karlos Prates 2024-cü ildə UFC-də debüt edib. Braziliyalı döyüşçü təşkilat daxilində keçirdiyi səkkiz qarşılaşmanın yeddisində qələbə qazanıb, bir dəfə isə məğlub olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 23 Sentyabr 2026 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















