UFC rəhbəri Trampın vəzifə təklifini qəbul etməyib
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Mütləq Döyüş Çempionatının (UFC) rəhbəri Deyna Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif edib. Lakin UFC rəhbəri bu təklifdən imtina edib.
BAKU.WS xəbər verir ki, bu barədə Ağ Evin brifinq zalında Donald Trampın iştirakı ilə keçirilən mətbuat konfransı zamanı bəlli olub.
Jurnalistlərlə görüşün sonunda ABŞ dövlət başçısı Uayta müraciət edərək zarafatla soruşub: "Amerika Birləşmiş Ştatlarının mətbuat katibi olmaq istəyərdin?"
UFC rəhbəri isə təklifi nəzakətlə geri çevirərək siyasətdən uzaq durmaq istədiyini bildirib: "Dəvətə görə çox sağ olun, cənab Prezident. Lakin siyasətə qatılmaq niyyətim yoxdur".
Deyna Uaytın bu cavabından sonra Tramp zarafatla "Eşitdiklərimdən şoka düşdüm. Hər kəsə təşəkkürlər!" deyərək mətbuat konfransını yekunlaşdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 10 Noyabr 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















