Icma.az
close
up
RU
Sahibkarı vergi yoxlamasından azad edəcək “Üfüqi monitorinq”in üstünlükləri

Sahibkarı vergi yoxlamasından azad edəcək “Üfüqi monitorinq”in üstünlükləri

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Azərbaycan biznes mühitində 2026-cı ildən etibarən yeni bir səhifə açılır. Belə ki, Vergi Məcəlləsinə “Üfüqi monitorinq” sisteminin daxil edilməsi təklif olunur. Layihə qəbul edilərsə, sözügedən yenilik 2026-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək. Bu yenilik sahibkarla vergi orqanı arasında münasibətləri inzibati nəzarətdən tərəfdaşlıq modelinə keçirərək, biznes mühitində etimad və şəffaflığın güclənməsini hədəfləyir. Belə ki, indiyədək vergi yoxlamaları əsasən müəssisələrdə aparılır, sənədlərin toplanması və prosesin tamamlanması bir neçə ay vaxt tələb edirdi. Yeni sistem isə bu mexanizmi elektron mühitə daşıyacaq. Artıq vergi orqanları sahibkarın fəaliyyətini real vaxt rejimində izləyə biləcək, potensial uyğunsuzluqlar isə operativ şəkildə elektron kabinet üzərindən aradan qaldırılacaq. Bu isə həm biznes üçün əlavə rahatlıq, həm də dövlət üçün daha effektiv nəzarət deməkdir.

“Qafqazinfo” İqtisadiyyat üzrə fəlsəfə doktoru, “Invest Finance MMC”nin rəhbəri, Azərbaycanın fəxri auditoru və maliyyə eksperti Anar Bayramovun mövzu ilə bağlı müsahibəsini təqdim edir:

- “Üfüqi monitorinq” nədir?

- Layihənin əsas məqsədi sahibkarla dövlət arasında etimad və şəffaflıq üzərində qurulmuş qarşılıqlı nəzarət modeli yaratmaqdır. Sadə dillə desək, bu sistem yoxlamasız nəzarət deməkdir. Hazırda vergi orqanının əməkdaşları monitorinq aparmaq üçün müəssisəyə gəlir, sənədlər toplayırlar. Nəticədə yoxlama prosesi bəzən bir neçə ayadək uzanır. Dəyişiklikdən sonra isə hər şey elektron şəkildə, real vaxtda izlənəcək. Beləcə, vergi orqanı şirkətin məlumatlarına elektron formada baxacaq, sahibkar isə prosesi mütəmadi şəkildə izləyə biləcək. Bu, həm şəffaflıq yaradır, həm də sahibkarı gözlənilməz yoxlamalardan qoruyur.

- Kimlər bu sistemə qoşula bilər?

- Layihə ilkin mərhələdə yalnız orta və iri sahibkarlar üçün nəzərdə tutulur. Layihəyə qoşulmaq istəyən şirkətlər üfüqi monitorinqə qoşulmaq üçün müəyyən tələblərə cavab verməlidir. Belə ki, şirkətin mühasibat uçotu avtomatlaşdırılmış proqram təminatı vasitəsilə aparılmalı, eyni zamanda daxili nəzarət və vergi risklərinin idarəetmə sistemi mövcud olmalıdır. Bundan əlavə, sahibkarın barəsində cinayət işi və ya riskli vergi ödəyicisi qərarı olmamalıdır. Müraciətlər sentyabrın 1-dək elektron qaydada təqdim edilir və təsdiq alındıqdan sonra şirkət artıq monitorinqdə olan biznes statusu qazanır.

- Sistem necə işləyəcək?

-“Üfüqi monitorinq”in əhatə etdiyi dövr bir təqvim ili olacaq. Vergi orqanı həmin dövr ərzində şirkətin təqdim etdiyi məlumatları elektron audit vasitəsilə izləyəcək. Yoxlama prosesi artıq ofisdə və ya müəssisədə aparılmayacaq. Bütün sənədlər, hesabatlar və izahatlar elektron kabinet üzərindən təqdim olunacaq. Əgər sistemdə hər hansı uyğunsuzluq aşkarlanarsa, sahibkara bu barədə elektron sorğu göndəriləcək və 15 gün ərzində izahat vermək imkanı yaradılacaq.

- “Üfüqi monitorinq” sisteminin sahibkarlar üçün əsas üstünlükləri nədir?

- İlk növbədə bu sistemə qoşulan şirkətlər vergi yoxlamasından böyük ölçüdə azad olacaqlar. Belə ki, monitorinqdə olan şirkətlərdə səyyar və kameral yoxlamalar aparılmayacaq. Yalnız istisna hallarda -transfer qiymətləri və xaricdən gələn məlumatlar üzrə yoxlamalar aparıla bilər. Eyni zamanda, həmin şirkətlər sanksiyalarda azadolma imkanı da qazanacaq. Yəni, riskləri əvvəlcədən açıqlayan sahibkara maliyyə sanksiyası tətbiq olunmayacaq. “Üfüqi monitorinq” sistemi etimad və şəffaflıq mühitinin formalaşması baxımından da üstünlüklərə malikdir. Çünki vergi orqanı və şirkət artıq “nəzarətçi–yoxlanılan” deyil, bərabər tərəfdaş kimi fəaliyyət göstərəcək. Eyni zamanda, monitorinqdə olan şirkətlər “etibarlı vergi ödəyicisi” kimi tanınacaq. Ən önəmlisi, sənədlərin toplanması, yoxlama və izahat prosesləri elektronlaşdırıldığı üçün  vaxta və resurslara daha çox qənaət ediləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Oktyabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see447

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see280

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see190

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see159

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see149

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see141

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see139

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see135

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri