Icma.az
close
up
RU
“Uğur 2”də yarım milyonluq borc qalmaqalı sakinlər müqavimət göstərir

“Uğur 2”də yarım milyonluq borc qalmaqalı sakinlər müqavimət göstərir

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Yeni inşa edilən binalarda mənzillər sakinlərin istifadəsinə verildikdən sonra onların idarə edilməsi və gündəlik fəaliyyəti ilə bağlı hüquqi qaydalar mövcuddur. Müvafiq qanunvericiliyə görə, binalarda xidmət haqqının təyini, texniki baxış və təmir işlərinin təşkili, habelə digər idarəetmə məsələləri sakinlərin yaratdığı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin qərarı ilə həll olunmalıdır.

Bu gün Bakıda və Azərbaycanın müxtəlif bölgələrində yerləşən binalarda bu praktikanın tətbiqi demək olar ki, mümkünsüz hala salınıb. Bir çox hallarda mənzil tikinti kooperativləri (MTK) binalar sakinlərin istifadəsinə verildikdən sonra mühüm qərarları öz istədikləri kimi qəbul edir, sakinlərin təsir imkanlarını isə minimuma endirirlər. Bu isə həm hüquqi pozuntulara, həm də sakinlərin narazılığına səbəb olur. Əslində, mənzillərə mülkiyyət hüququ qeydə alındıqdan sonra sakinlərin tam idarəetmə hüququ yaranır.

Bu hüquq çərçivəsində onlar özləri tərəfindən idarə olunan və qərar qəbul edən qurum yaratmalıdırlar ki, bu da binaların gündəlik idarəçiliyini daha şəffaf və səmərəli təşkili üçün olduqca vacibdir. Sakinlərin iştirak etdiyi idarəetmə strukturu həm texniki, həm maliyyə, həm də hüquqi məsələlərdə qərar qəbul etməyə imkan verir, eyni zamanda MTK-ların sui-istifadəsinin qarşısını alır.

“Akkord” Şirkətlər Qrupunun Bakıxanov qəsəbəsində inşa etdiyi “Uğur-2” yaşayış kompleksi illərdir sakinlərin ixtiyarına verilsə də, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılmasına imkan verilmir.

Sakinlər Musavat.com əməkdaşına deyiblər ki, Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması üçün atdıqları addımlar hər vasitə ilə əngəllənir.

Buna baxmayaraq, Cəmiyyətin yaradılması onlar üçün aktualdır. Bunu hazırda kompleksdə kommunal xidmətləri əlində cəmləşdirən şirkət rəhbərliyi də bilir. Sakinlərin böyük hissəsi şirkətin kommunal xidmətlərə görə müqavilə bağladığı “Pure Life Company” MMC-nin fəaliyyətindən narazıdırlar. Buna görə də əksəriyyət keyfiyyətsiz görülən iş və xidmətlərə görə ödəniş etmir, yığılmış borcu isə qanunsuz hesab edirlər. Sənədlərdə yarım milyon manatı aşan debitor borc göstərilir.

MMC ilə şirkətin arasında bağlanmış xidmət müqaviləsi ilin sonunda bitir.

Sakinlər qeyd edir ki, hazırda yarım milyon manatın ələ keçirilməsinə hazırlıq gedir deyə “Pure Life Company”nin direktoru Adil Vahabovla “Akkord” Şirkətlər Qrupunun rəhbərliyi arasında gizli sövdələşmə var. Bu sövdələşməyə əsasən, 3 gün öncə bir MMC yaradılıb və kommunal xidmətlərin göstərilməsi və müvafiq olaraq borcların yığılması da həmin şirkətə ötürülüb.

Sakinlər hesab edirlər ki, bu ötür-ötür oyunu keyfiyyətsiz iş və xidmətlərə görə yazılan yarım milyon manatı aşan borcun onlardan hədələməklə alınmasına görədir. Qeyd edirlər ki, həmin MMC isə şirkət tərəfindən yönləndirilən bir qrup sakin ələ alınmaqla yaradılıb.

Sakinlər kopmleksdə kommunal xidmət işçilərinin kütləvi şəkildə, məcburi olaraq ərizə yazmaqla öz xahişləri ilə işdən çıxmağa təhrik edilməsi hallarının olmasını da bildirirlər. Qeyd edirlər ki, bütün qanunsuz addımların əsas məqsədi sakinlərin Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaratmasına mane olmaqdır.

“Uğur-2” kompleksinin komendantı Anar Məmmədov artıq vəzifəsindən uzaqlaşdırılıb. Digər komplekslərin komendantlarına isə təcili şirkət yaratmaları, 3-cü şirkətlə müqavilə bağlamaları, aylıq 3-5 min manat pul toplayıb onlara vermələri tələb olunur.

Məkrli oyunlara “Akkord”un mərkəzi ofisinin Orxan və Müslüm adlı əməkdaşları da cəlb olunub.

Sakinlər deyirlər ki, eyni vəziyyət “Akkord” Şirkətlər Qrupunun inşa etdiyi “Uğur-1”, “Abşeron Gənclər Şəhərciyi”, “Etalon” və digər komplekslərində də hökm sürür.

“Pure Life Company”nin direktoru Adil Vahabov Musavat.com-a deyib ki, yeni yaradılan MMC binada yaşayan 10-a yaxın sakinin özlərinin idarəçiliyindədir:

“Bir neçə aydan sonra Mənzil Müştərək Cəmiyyəti qurulacaq. O dövrə kimi müəyyən problemlərin bitməsi üçün özlərinin təsis etdiyi, özlərinin idarəçiliyində olan şirkətdir. Burada bizim və ya başqa bir şirkətin kommersiya marağı yoxdur. Bu, sırf sakinlərdən ibarət qrupdur. Orada iki qrup vardı, biri buna, biri ona işləyirdi, demokratiyanı təmin edib hər iki qrupun ayrı-ayrılıqda 4 üzvü təyin olunub”.

A.Vahabov bildirib ki, artıq kompleksdə kənardan gəlmiş bir şirkət yoxdur.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Sentyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri