Icma.az
close
up
RU
BMT də növbəti uğur

BMT də növbəti uğur

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzvlüyümüz təşkilatla əməkdaşlığımızı gücləndirəcək

Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal xarici siyasət həyata keçirir. Bu baxımdan, ölkəmizin Birləşmiş Millətlər Təşkilatı (BMT) müstəvisində aktivliyi də xüsusi vurğulanmalıdır. Məhz bu aktivliyin nəticəsidir ki, ölkəmiz təşkilatın müxtəlif strukturlarında fəal təmsil olunur.

BMT müstəvisində ölkəmiz növbəti uğura imza atıb. Belə ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının mayın 30-da Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilmiş növbəti sessiyası çərçivəsində Azərbaycan ilk dəfə olaraq UN-Habitat İcraiyyə Şurasına üzv seçilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, UN-Habitat İcraiyyə Şurası Proqramın sessiyalararası fəaliyyət göstərən əsas qərarverici orqanıdır. Şurada 36 ölkə təmsil olunur. Şuranın tərkibi BMT-nin regional qrupları üzrə müəyyənləşdirilən üzv dövlətlərdən ibarətdir. UN-Habitatın fəaliyyəti ilə bağlı bir çox qərarların üzərində müzakirələr İcraiyyə Şurasında başlandığından və razılaşdırma üçün hazırlandığından dövlətlər şuraya üzv olmağa can atır. Bu səbəbdən bir çox hallarda ölkələr öz regional qrupları arasında Şuraya üzvlüklə bağlı konsensus üçün seçkilərdən xeyli müddət əvvəl danışıqlara başlayır.

Üzvlük 2025-2029-cu illəri əhatə edəcək

Azərbaycan BMT-nin Şərqi Avropa regional qrupunda (Eastern European Group-EEG) təmsil olunur. İcraiyyə Şurasında üzvlüyə EEG-dən Azərbaycanla yanaşı, Ukrayna, Rusiya, Slovakiya və Çexiya da namizədliyini irəli sürmüşdü. Cari ilin əvvəlindən UN-Habitat və EEG üzv dövlətlər arasında çoxsaylı müzakirələrdən sonra Çexiya namizədliyini geri götürüb və qrupdan namizədlər müəyyənləşib.

Nüfuzlu BMT strukturuna Azərbaycanın üzvlüyü 2025-2029-cu illəri əhatə edəcək. Azərbaycan UN-Habitatın ən böyük donorlarındandır. Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış UN-Habitat və Azərbaycan arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir. Bunun bariz nümunəsi 2023-cü ildə UN-Habitatın Ümumdünya Məskunlaşma Gününün (WHD23) Azərbaycanda keçirilməsi olub. Xatırladaq ki, həmin il oktyabrın 2-də Bakı şəhəri Habitat və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə “Şəhərsalma Həftəsi - 2023” çərçivəsində ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri və mütəxəssislərin iştirak etdiyi tədbirdə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif çıxış edərək, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin müraciətini iştirakçıların diqqətinə çatdırıb. Tədbirdə dayanıqlı məskunlaşmanın əhəmiyyətinə toxunulub. Həmçinin bildirilib ki, şəhərsalma və şəhərlərin inkişafı davamlı inkişafa nail olmaqda mühüm rol oynayır. Davamlı qlobal urbanizasiya tendensiyaları fonunda, hər bir ölkənin üzləşdiyi spesifik çağırış və imkanlar inkişaf proqramlarının əhəmiyyətini daha da artırır. Belə ölkələrdən biri də Azərbaycandır. Bununla yanaşı, ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan şəhərsalma siyasəti və layihələndirmə işlərinin miqyasından da söz açılıb.

Tədbirdə, həmçinin “Dayanıqlı şəhər iqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” mövzusu ilə əlaqədar hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışlar müzakirə edilib, şəhərlərin milli və regional sosial-iqtisadi dayanıqlıqda və inkişafda aparıcı rolu, postmünaqişə dövründə şəhərlərin bərpası ilə bağlı fikir mübadiləsi aparılıb.

Bundan əlavə, həmin il BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı çərçivəsində keçirilən  “Şəhərsalma Həftəsi - 2023” çərçivəsində bir sıra yüksək səviyyəli tədbirlər, o cümlədən Zəngilanda və Bakıda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu (NUFA2) da baş tutub.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi

Bütün bunlar ölkəmizin sözügedən təşkilatla fəal əməkdaşlığının göstəricisidir. Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan 2026-cı il mayın 17-22-si BMT-nin qlobal əhəmiyyətli Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək. İcraiyyə Şurasına üzvlük Azərbaycanla UN-Habitat arasında əməkdaşlığa növbəti töhfələr vermək üçün fürsəti yaradacaq.

Göründüyü kimi, Azərbaycan 33 il əvvəl üzv seçildiyi bu təşkilatda müvəffəqiyyətlə təmsil olunmaqla tarixi nailiyyətlərə imza atır. Bir zamanlar BMT sıralarında sıravi üzv olan Azərbaycan indi qurumun ən aktiv üzvlərindən birinə çevrilib. Müstəqil Azərbaycanın tarixinin ən mühüm hadisələrindən biri şübhəsiz ki, 2011-ci il oktyabrın 24-də Azərbaycanın 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi  üzv seçilməsidir. Əlbəttə, 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasətinin nəticəsi idi. 2012-ci il yanvarın 1-də isə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başladı. Bunun ardınca həmin il may ayının 4-də Nyu-Yorkda Prezident İlham Əliyevin Sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb. Prezident İlham Əliyev çıxışında Ermənistanın ölkəmizə qarşı yönəlmiş terrorçu siyasətini ifşa edib və prinsipial mövqeyini bir daha dünyanın ən mötəbər qurumunun tribunasından dünya ictimaiyyətinə çatdırıb. Bundan başqa, ölkəmiz 2013-cü ilin oktyabr ayında da quruma sədrlik edib. Bütövlükdə, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirib. Bu dövrdə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edilib və səmərəli müzakirələr aparılıb, müvafiq sənədlər qəbul edilib.

Ölkəmiz beynəlxalq müstəvidə mövqelərini gücləndirir

Məlumdur ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin yaradılmasıdır. Söhbət BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir. Bu, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önəmli hadisə oldu.

Beləliklə, Azərbaycan artıq qalib dövlət kimi beynəlxalq müstəvidə mövqelərini gücləndirib. Eyni zamanda, Azərbaycan artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilməsi ilə əlaqədar, dövrün tələblərinə uyğun olaraq, BMT ilə əməkdaşlıqda bir sıra yeniliklər edib. Belə ki, BMT-nin bəzi strukturlarının ölkəmizdəki ofisləri fəaliyyətini dayandırıb. Bundan sonrakı mərhələdə həmin qurumlarla birbaşa mənzil qərargahları ilə əməkdaşlıq ediləcək. Azərbaycanın BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçilməsi isə təşkilatla səmərəli əməkdaşlığı daha da gücləndirəcək və qurumun qərarvermə prosesində önəmli rol oynayacaq.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 İyun 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1422

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see706

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see549

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see472

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see462

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see450

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see444

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see409

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see380

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see348

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see311

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see300

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see294

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see288

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see281

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see264

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see261

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see260

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see249
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri