Uğursuz əməliyyatlar edən plastik cərrahın keçmişilə bağlı İLGİNC DETALLAR+VİDEO
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, uğursuz əməliyyatlar etməsi səbəbindən iki nəfərin şikayəti əsasında plastik cərrah Vüqar Ələkbərov barəsində araşdırmalar başlayıb. Hazırda həmin müraciətlər üzrə Bakı şəhəri Nəsimi və Binəqədi rayon prokurorluqlarında araşdırmalar davam etdirilir. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Bakupost.az -ın əməkdaşı isə qalmaqallı cərrahın keçmiş fəaliyyəti ilə bağlı araşdırma aparıb və bir sıra maraqlı faktları üzə çıxarıb.
Araşdırma zamanı məlum olub ki, Səhiyyə Nazirliyinin fəaliyyətinə icazə verdiyi plastik cərrahlar siyahısında olan Vüqar Ələkbərov 2014-cü ildə 5 saylı Xəstəxanasının tərkibində olan Yanıq Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. Lakin o, cəmi bir neçə ay sonra bu vəzifədən qalmaqallı şəkildə istefa verib. Vuqar Ələkbərov Yanıq Mərkəzində şəraitin olmamasından şikayətlənib və belə şəraitdə işləməyəcəyini bildirib.
“Mən təhsilimi Türkiyədə plastik, rekonstruktiv cərrahiyyə üzrə tamamlamışam. Orda yüksək texnologiya, müasir üsullarla işləməyi öyrənmişik. Mərkəzdə isə xəstələr ev şəraitində müalicə olunur. Heç bir süni tənəffüs cihazı yoxdur. Mən Əfqanıstanda belə xəstəxana görməmişəm. Necə ola bilər ki, xəstələr üzərində heç bir infeksiya yoxlanılmadan əməliyyat keçirilsin. Xəstəxanada laboratoriya olmasın. Orda mütəxəssislərin olmadığını gördüm. O üzdən də istefa verirəm” – deyə Vüqar Ələkbərov o zaman istefasını əsaslandırıb.
Səhiyyə Nazirliyinin rəsmisi isə onun iradlarını cəfəngiyyat adlandırmışdı:
“Mərkəz bütün lazımi aparatlarla, dərmanla təchiz olunub. Vüqar Ələkbərova Mərkəzin işi ilə bağlı iradlar bildirişmişdi. Lakin o, işində çatışmazlıqları aradan qaldıra bilməyib. Ona görə öz ərizəsi ilə vəzifəsindən azad olunub. O, şöbədə həkim kimi fəaliyyətini davam etdirəcək”.
İstefadan sonra Vüqar Ələkbərov müxtəlif özəl klinikalarda çalışıb.
Bu ilin sonuna qədər "Universal" hospitalda plastik estetik cərrah kimi işləyib. Lakin əməkdar artistin üzərində keçirdiyi sinə əməliyyatından sonra yaranan fəsadlara görə ondan şikayət olunub. Prokurorluğun araşdırmaya başladığı bir vaxtda o, "Universal" klinikadan ayrılıb və keçmiş məmurlardan birinə məxsus olduğu bildirilən "Funda" hospitalda işləməyə başlayıb. Məlumata görə, onun barəsində əvvəllər də şikayət olub, lakin bu qədər səs-küy yaratmayıb.
Vüqar Ələkbərov vaxtilə münasibətlərinin gərgin olduğu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssis qrupuna daxil edilib və Nazirliyin xəstəxanalarda yoxlama, təftiş aparan komissiyasının tərkibindədir.
Qeyd edək ki, bu il saxta sənədlə işləyən estetik cərrahlarla bağlı qalmaqaldan sonra Nazirlik araşdırma və yoxlamalar aparıb. Bu yoxlamalardan sonra Vüqar Ələkbərov ixtisasına uyğun uzmanlıq təhsili alması ilə diqqət çəkərək, nazirliyin siyahısına 42 plastik cərrahdan biri kimi daxil edilib.
Aygün, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 30 Dekabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















