Icma.az
close
up
RU
Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı Saffari yazır...

Uğursuz olmağı da bacarmayan Nemət Pənahlı Saffari yazır...

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan siyasətində heç vaxt nemət ola bilməyən Nemət Pənahlının bu ömürdə, bu ölkədə cəmi bircə uğuru var, o da ağsaqqal yaşında bir neçə il əvvəl efirdə başıaşağı dayanmağıdır.

Bu, həm onun fiziki olaraq necə sağlam olduğunu göstərir, həm də Azərbaycan siyasətindəki dəqiq yerini.

Nemət Pənahlı efirdə necə dayanmışdısa, məhz siyasətdə də o cür oldu. Bu mənada, ona dombalağ aşmadığı üçün Azərbaycan xalqı adından təşəkkür edirik.

Ancaq məncə, Nemət Pənahlı xalqın qabağında başı dik ola bilmədiyi üçün elə başıaşağı dayanmağı seçib.

Heç şübhəsiz, siyasətçilər iki cür olur: Uğurlu və uğursuz.

Ancaq Nemət Pənahlı bunların heç biri deyil. Uğurlu, aydın məsələdir, ola da bilməzdi. Di gəl, heç olmasa, uğursuz olsaydı, yenə dərd yarı idi.

Bəs görəsən, Nemət Pənahlı bu dəhşətdən xəbərdardır?

Necə yəni uğursuz da ola bilmirsən? Heç olmasa, məhv yox, məğlub olardın.

Bilmirəm niyə, ancaq “Avantürist” sözünü eşidəndə ağlıma gələn ilk adam o olur. Doğrudur, bu ölkədə minlər, milyonlarla avantürist var, ancaq ilk xatırlanan elə məhz odur. Bu məqamda, Nemət Pənahlını təbrik edirəm. Bu da onun uğuru sayıla bilər.

Azərbaycan siyasətinin suyunu bulandıran Nemət Pənahlı hələ bizneslə də məşğul olub, Allah qoymasa, bir ara içməli su da buraxırdı. Ümumiyyətlə, səhrada susuz qalan olsa, onun əlindən bir qurtum belə su içməməlidir. Çünki o nə gözəl şey var, ömrü boyu onu bulandırmağa çalışıb. İlan ilandır, Nemət Pənahlını su içən yox, suda boğulan görsə, tullanıb özü vurar ki, bəşəriyyətə xeyri dəysin.

Əslində, Nemət Pənahlıya bağışlanmamalı çox məsələ var.

Birinci növbədə Azərbaycan xalqını silahlı qarşıdurmaya səsləməsini ona bağışlamamaq lazım idi.

Üstəlik, onun keçmiş fəaliyyətləri hələ də sual altındadır.

Yəni məsələn, o, doğrudan da xarici kəşfiyyat orqanlarına xidmət edirdimi?

Maraqlıdır, əgər etmirdisə, 20 Yanvar faciəsi günü İran səfirliyində, qırğından sonra isə İranda olmağının hansı əsaslı açıqlaması var?

Tribunalardan çığırdığı şüuarları da nəzərə alsaq, onun məqsədinin xalqı qırğına vermək olduğunu demək olarmı?

Heyif, o dövr qarışıq idi. Yoxsa məsələn, Pənahlı hər dəfə çıxış edəndən sonra yoxlama gəlsəydi, belə deyərdi:

“Təbrik edirik, yenə məzmun tapılmadı, amma səs əvvəlkindən 12 faiz artıqdır”.

Nemət Pənahlı bütün hallarda o dövrün tək siyasətçilərindəndir ki, bu gün onun yanında, ətrafında, ümumən elə həndəvərində silahdaşları belə yoxdur. Bir zamanlar onunla eyni tribunanı paylaşan adamların heç biri indi onunla günahını da paylaşmaz.

Bəs Nemət Pənahlı özünə sual verirmi ki, o adamların hamısı niyə ondan uzaq qaçdılar? Hər halda hamı pis, bir o yaxşı olmadı ki.

Nemət Pənahlı tarixdə Əbülfəz Elçibəyi şərləmək istəyən adam kimi də qalmalıdır. Qalmalıdır ki, heç vaxt unudulmasın, daim xatırlansın. Əıbəttə, bu halda necə xatırlanacağını özü yaxşı bilir.

Nemət Pənahlının siyasətdə əldə etdiyi heç bir nəticə yoxdur, ancaq quru xatirələri var.

O xatirələr isə indi özünə güclə lazım olur, maraqlı gəlir.

Bu gün siyasətlə məşğul olan adamlar Nemət Pənahlının daim gözlərinin qabağından saxlamalıdırlar ki, Allahın adamı bu günə qoya biləcəyini unutmasınlar.

Əgər o, doğrudan da layiqli adam olsaydı, mütləq tarixə düşərdi. Belə tarixə düşməyinə düşüb, sadəcə, qeyd kimi. Lakin sadə, belə qaralama misalı, daha zəruri qeyd kimi də yox.

Çünki Azərbaycan siyasətində elə adamlar var ki, onların uğurları barədə kitab yazmaq olar. Elələri də var, uğursuzluqları barədə ensiklopediya tərtib etmək mümkündür.

Nemət Pənahlı haqqında isə manatlıq çayxanada söhbətləşib dağılışmaq lazımdır. Çünki o, artıq heç nəyin qəhrəmandır.

Başqa sözlə, Nemət Pənahlı azadlıq aşiqidir, ancaq aşiq olduğu o azadlıq ona xəyanət edib, başqaları ilə görüşüb.

Ola bilsin, bəlkə də, bir gün inandığı Allah onun əməllərinə görə bağışlayacaq, ancaq həm də Allaha inanan azərbaycanlılar onu çətin bağışlasın.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 İyun 2026 12:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri