Icma.az
close
up
RU
Uğursuz oyun oldu, halbuki mərhələni keçə də bilərdik MÜSAHİBƏ

Uğursuz oyun oldu, halbuki mərhələni keçə də bilərdik MÜSAHİBƏ

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib.

- "Turan Tovuz" ölkə kubokunun 1/8 final mərhələsinin "Sabah"la görüşündən uğursuz nəticə ilə ayrıldı. Mərhələ keçə bilməməyinizə səbəb nə oldu?

- Doğrudur, bizim üçün uğursuz oyun oldu. Mərhələni keçə də bilərdik. Son dəqiqələrdəki diqqətsizliyimiz bizi mərhələdən etdi. Penaltilər də lotoreyadır. Bir komanda udmalıdır da. Həmin gün şans bizim tərəfimizdə deyildi. Həmin oyunu unutmuşuq və "Şamaxı" ilə görüşə hazırlaşmışıq.

- Maraqlıdır ki, son dəqiqələrdə ikinci qolu vurdunuz, amma bu cür üstünlüyü qoruya bilmədiniz. Halbuki komanda daha çox müdafiə xəttinin etibarlılığı ilə seçilirdi. Yorğunçuluq, yoxsa konsentrasiya itdi deyə, ikinci qolu buraxdınız?

- Son dəqiqələrdə qol buraxmaq məyusedicir. Analiz etmişik, baxmışıq. Bəlkə də həmin vaxtı bir saniyə diqqətli olsaydıq, qapımızda qol görməyəcəkdik. Amma artıq həmin görüş geridə qalıb. Həmin oyunda qalmaq istəmirik. Qarşıda bizim vacib oyunlarımız var. 

- Penalti seriyasından öncə nə düşünürdün? 

- Məşqdən sonra da penaltilər üzərində çalışmışdıq. Penalti lotoreyadır. Özü də, penaltini vuranlarımız elə ən yaxşı yerinə yetirənlər idi. Sadəcə olmadı. Şanssızlıq yaşadıq. Halbuki penalti seriyasında da ümidimiz var idi. 

- Bəs, oyunun gedişində Denis Marandiçinin ağır zədələnməsi sizə necə təsir etmişdi? Qoldan sonra onun formasını da göstərdin.

- Əlbəttə ki, hər şeydən öncə insan sağlamlığıdır. Denisin zədələnməsi çox məyusedicidir. Ağır zədə alıb. Allah qoysa, tez bir zamanda yenidən meydançaya qayıdar. Komandasınının qələbə qazanması, qapımızda qol olmaması üçün özünü zərbənin önünə atdı və ayağı sındı. Bu da onun peşəkar olduğunu və işinə ciddi yanaşdığını göstərir. Denisin yanında olmuşuq. Əməliyyat olunub, bərpası üçün zaman lazımdır. Əminəm ki, tez bir zamanda sağalar və bərpa prosesi sürətli gedər. Denis bizim üçün önəmli fiqurlardandır. Hər kəs Denisin yanındadır. Qələbə qazandıq və ya uduzduq, nə olursa-olsun, onun yanındayıq. Dualarımız onunladır.

- "Turan Tovuz" üçün avrokuboklara artıq yeganə yol liqadan keçir. İki cəbhədə olmamağınızı mənfi haldır, yoxsa müsbət?

- İstəyərdik ki, ölkə kubokunda mərhələ keçək və iki cəbhədə mübarizə aparaq. Alınmadı.İndi bütün fikrimizi çempionata yönəldəcəyik. Maksimum xallar qazanmağa çalışacağıq ki, sonda da avrokuboklara yollanaq.

- Krunoslav Renduliçin "Sabah"ına qarşı oynamaq çətin idi, yoxsa Vasili Berezutskinin?

- "Sabah"ın yeni baş məşqçisi gəlib.Yeni baş məşqçidən tələb etmək olmaz ki, bu dəqiqə komandanı 100 faiz dəyişməlisən. "Sabah"ın oyun üslubu var. Bundan qabaqkı baş məşqçinin vaxtında da hücumda daha yaxşı idilər. Ola bilər ki, indiki baş məşqçi ilə müdafiədə daha diqqətli olmağa çalışır. Əvvəlki "Sabah"la oyunda görürdün ki, öndə pressinq edirlər. Vasili Berezutskinin gəlişindən sonra görürsən ki, bəzi məqamlarda gözləyirlər. Hər məşqçinin öz oyun üslubu var. Həm Renduliçin vaxtında, həm də Berezutskinin rəhbərliyi altında "Sabah" yaxşı oyun göstərir.

- Sabah Premyer Liqanın 15-ci turu çərçivəsində "Şamaxı" ilə qarşılaşacaqsız. Onları məğlub edə bilərsiz?

- Evdə oynayırıq. Hazırlaşmışıq, analiz etmişik rəqibi. "Şamaxı" da son oyunlarda qələbə qazanmayıb. Onlar sona qədər mübarizə aparan klubdur. Uduzsalar belə, təslim olmurlar. Döyüşkən kollektivdir. Öz azarkeşlərimizin qarşısında oynayacağıq. Onların dəstəyi ilə maksimumu etməyə çalışacağıq.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://sportal.az
archiveBu xəbər 08 Dekabr 2024 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri