Icma.az
close
up
RU
Karen Vardanyan: “Hələ mərhələni keçməmişik” MÜSAHİBƏ

Karen Vardanyan: “Hələ mərhələni keçməmişik” MÜSAHİBƏ

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycanın “Neftçi” futbol klubu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda Bakıda Belarusun “Dinamo” (Minsk) klubuna 2:4 hesabı ilə uduzub.

Görüşdə “ağ-qaralar”ın qapısına iki qol (36 və 57-ci dəqiqələrdə) vuran və bir məhsuldar ötürmə müəllifi olan erməniəsilli futbolçu Karen Vardanyan matçdan sonra teleqraf.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

– Bakıdakı ilk oyunda 0:2 hesabı ilə geriyə düşsəniz də, geridönüş edib qalib gələ bildiniz. Belə bir başlanğıcı gözləyirdiniz?

– Əlbəttə ki, yox. Oyuna istədiyimiz kimi başlaya bilmədik. Amma özümüzdə güc tapıb matçın gedişatını dəyişə bildik və hər şey yaxşı alındı.

– Bu oyunu avrokuboklardakı ən yaxşı matçınız hesab etmək olar?

– Bəli, demək olar belədir. İki qol vurub bir məhsuldar ötürmə edə bildim. Bakı bu baxımdan yaddaşımda qalacaq. Bu, Konfrans Liqasında çox vacib oyun idi. Rəqibin kim olması və oyunun harada keçirilməsi mənim üçün o qədər də əhəmiyyət daşımır. Önəmli olan komandamın qalib gəlib növbəti mərhələyə keçməyidir.

– Komandalar bu matçda bir-birinin oyun stili ilə tanış oldu, cavab oyunundan gözləntiləriniz nədir?

– Ümid edirəm ki, cavab oyunu da “Dinamo”nun qalibiyyəti ilə yekunlaşacaq. Het-trik edib-edə bilməyəcəyimdən əmin deyiləm, amma qol vurmağa çalışacağam.

– Cavab qarşılaşması neytral meydanda keçiriləcək. Oyuna necə hazırlaşacaqsınız?

– Bu, hələ tərəflərin ilk oyunu idi. Nə baş verəcəyini əvvəlcədən heç kim deyə bilməz. Biz əlimizdən gələni edəcəyik, sona qədər mübarizə aparacağıq və növbəti mərhələyə yüksələcəyimizə ümid edirik.

– “Neftçi” haqqında nə düşünürsünüz, cavab oyununda geridönüş edə bilərmi?

– “Neftçi” yaxşı komandadır. Heyətində çox yaxşı futbolçular var. Heç bir halda arxayınlaşmaq olmaz. Var gücümüzlə mübarizə aparacağıq, çünki hələ mərhələni keçməmişik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 23 İyul 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri