Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines klub rəhbərliyinin komandanın mövsümə hazırlıq prosesini tənqid edib.
QOL.az xəbər verir ki, argentinalı futbolçu UEFA Çempionlar Liqasının 2-ci turunda “Atletiko”ya 0:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
“Texniki direktordan daha çox şey gözləyirəm. Heç nə dəyişməsə, gələn mövsüm ciddi problemlə üzləşəcəyik. Siz daim baş məşqçiləri dəyişirsiniz, bəs klubun digər sahələrində görülən işlər necə olsun? Baş məşqçini və ya futbolçuları günahlandırmaq asandır, amma digər şəxslərə də diqqət yetirmək lazımdır, elə deyilmi?” – deyə Martines bildirib.
Qeyd edək ki, “Mançester Yunayted” qarşıdakı həftə əvvəlcə səfərdə “Lids”lə qarşılaşacaq, daha sonra isə İtaliyanın “Komo” klubunun qonağı olacaq.
Baxış sayı:138
Bu xəbər 14 Oktyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















