Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Uitkoff istefaya getməsə, Ukraynada ədalətli sülh olmayacaq ŞƏRH

Uitkoff istefaya getməsə, Ukraynada ədalətli sülh olmayacaq ŞƏRH

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Moskva ilə Vaşinqtonun Ukraynadakı müharibəyə son qoymaq üçün birgə hazırladıqları 28 maddəlik sülh planı ciddi müzakirələrə səbəb olub. Ukrayna tərəfi 28 maddəlik planı qəbul etmədiyini deyib. Lakin müzakirələrdən də tam imtina edilməyib. ABŞ prezidenti Donald Tramp bildirib ki, 28 maddədən ibarət olan sülh planı yenidən nəzərdən keçirildikdən sonra 22 bəndə endirilib.

“28 punktlu plan sadəcə konsepsiya idi. Hər bir bəndi yenidən dəyərləndirdik və nəticədə onların sayı 22-yə düşdü. Bir çox məsələlər artıq çox əlverişli şəkildə həll olunub”,-Tramp deyib.

Məlumatlara görə, Vaşinqton və tərəflər arasındakı danışıqlar davam edir, yenilənmiş sənəd yekun razılaşma üçün əsas baza kimi nəzərdən keçirilir.

Bundan sonrakı proseslərin hara istiqamətlənəcəyi, Ukraynanın hazırki durumu, sülhlə bağlı məsələnin necə nəticələnəcəyi suallar doğurur.

“Ukrayna müzakirələri qəbul etməklə Rusiyanın oyununu boşa çıxardı” 

Bunu Modern.az-a açıqlamasında politoloq Natiq Miri bildirib.

O, qeyd edib ki, Rusiya Ukraynanın müzakirələrdən imtinasını gözləyib:

“Cenevrə danışıqlarında açar məsələ sayılan əsas strateji, prinsipial məsələlər mövcuddur. O məsələlər sənəddən çıxarılıb və prezidentlərarası danışıqların predmeti olacaq. Bundan başqa, Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsinin güzəştə getməyəcəyi məsələlər var. Rusiyanın tələbi ilə Donbasın 9000 kvadrat kilometrlik, yəni Donetskin işğal olunmayan digər ərazilərinin Rusiyaya təhvil verilməsi, Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi, Ukrayna ordusunun əsgər sayının endirilməsi Ukraynanın qəbul etməyəcəyi nüanslardır. Digər məsələlər konkret Ukraynanın təhlükəsizliyi və suverenliyi əsas götürülərək müəyyən korrektələrə məruz qalıb. Əsas məsələlərin Trampla Zelenski arasında görüşdən sonra həll olunması gözlənilir. O zamana kimi korrektə olunmuş yeni variantın müzakirə predmeti kimi qəbul edildiyi bildirilir. Həm də Ukrayna sülh prosesindən imtina etməyib. Bu, əslində, doğru addımdır. Bu planın hazırlanmasında iştirak edən Rusiyanın müharibəni bitirmək niyyəti olmayıb. Düşünürdülər ki, Ukrayna Rusiyanın bu planını qəbul etməyəcək, nəticə edibarilə ABŞ-la Ukrayna arasında münasibətlər korlanacaq. ABŞ Ukraynaya silah, kəşfiyyat məlumatlarının verilməsini dayandıracaq.
Bu baxımdan Ukrayna hiyləni anladığı üçün bu layihdən birmənalı olaraq imtina etmədi. Ukrayna bir çox prosesləri aydınladaraq, ABŞ-da onu dəstəkləyən "istəklilər koalisyası"nı, Avropa Birliyinə üzv dövlətləri, o cümlədən Yaponiya və digər dövlətləri prosesə qoşaraq, onların lobbisinin təsiri ilə bu sənədin bir çox korrektələrə məruz qalmasına nail oldu. Korrektə olunmuş yeni variant var, Ukrayna üçün açar məsələlər prezidentlər arasında danışılıb həll olunacaq. Ancaq sülh prosesində bu sənədin müzakirəsinə Ukrayna razılıq verib. Dolayısı ilə bununla da, Ukrayna topu Rusiyanın meydanına atıb. Rusiya indi korrektə olunmuş sənəd kontekstində sülh prosesinə razı olub-olmadığını bəyan etməlidir. Düşünürəm ki, Ukrayna düzgün addım atdı”.

“Zelenskinin mövqeyi güclü deyil”

Politoloq hazırda Ukraynanın yaşadığı əsas problemlər barədə bunları deyib:

“Ukraynanın hazırkı vəziyyəti açığı, o qədər də ürəkaçan deyil. Bu plan ortalığa çıxmazdan əvvəl Ukrayna hökuməti və onun rəhbərliyinin vəziyyəti ilə bağlı bir çox həssas durumlar işlənib hazırlanıb. Məhz Trampın sülh mətni ortalığa çıxmazdan öncə Rusiya Donetskin qala şəhərlərinə, o cümlədən Zaporejye vilayətinə, Xarkovun Kubyansk şəhəri istiqamətinə intensiv hücuma keçdi. Rusiyanın Pakrovsk istiqamətində 100 mindən çox qoşun və texnika topladığı bildirilir. Bu ona görə edilmişdi ki, noyabrın 21-nə qədər Donetskin son qala şəhərləri-Pakrovsk, Mirnoqrad və Konstantinov tam işğal olunsun. Beləliklə də, Rusiya masaya mövqeyi güclü olaraq otura bilsin və  iddialarını daha da artırmaq imkanı olsun. Rusiya “Ukrayna bu əraziləri vermək istəmirsə, biz öz ordumuz vasitəsilə də bu torpaqları azad edə bilərik” məntiqini ortaya qoymaq istəyirdi. Ancaq bu günə qədər Rusiya istəklərini yerinə yetirə bilməyib. Paralel olaraq, qalmaqallı məsələ - Ukraynada korrupsiya ilə bağlı, xüsusilə də, Zelenski və digər iki nazir - enerji və ədliyyə nazirlərinin adlarının çəkildiyi korrupsiya qalmaqalı ortaya çıxdı. Nəticə etibarilə Ali Rada bu nazirlərin istefasını qəbul etdi. Bu vəziyyət Ukrayna Prezidentinin mövqelərini Qərbdə müttəfiq saydığı ölkələr arasında çox sarsıtdı. Bu gün Zelenskinin mövqeyi güclü deyil. Bu vəziyyət əvvəlcədən düşünülərək yaradılmışdı. Son anda belə bir korrupsiya qalmaqalının ortaya çıxması təsadüfi deyil. Bu  qalmqalı üzə çıxardıb, Zelenskinin mövqeyini zəiflətdilər ki, Rusiyanın iştirakı ilə hazırlanan 28 maddəlik sülh mətninin qeyri-şərtsiz qəbul olunmasına o, razı olsun. Vəziyyət budur. Üstəlik Ukraynanın  rotasiya qaydası ilə əsgərlərin əvəzlənməsində də xeyli çətinlikləri mövcuddur. Rusiya ilə nisbətdə canlı qüvvə çatışmazlığı məsələsində Ukraynada böyük problemlər var. Əsgərlər, zabitlər, insanlar yorulub. Təbii ki, strateji silahlar baxımından müəyyən çatışmazlıqlar da var. Eyni zamanda Avropa Birliyinin hələlik ləngitdiyi, o cümlədən ABŞ-ın verməli olduğu silahların da ləngidiyi hiss olunur. Doğrudur, Aİ maliyyə baxımından müəyyən çətinliklər yaşayır. Çünki onlar Rusiyanın 300 milyard dollarlıq dondurulmuş aktivlərinin Ukraynaya verilməsi ilə maliyyə məsələlərini yaxın illərdə həll olunacağını düşünürdü. Lakin buna əngəl olan dövlətlər mövcuddur. Burada əsas mane məhz Belçikadır. Çünki bu vəsaitlərin böyük əksəriyyəti məhz Belçika bankına yerləşdirilib. Belçika da müəyyən hüquqi təminatlar istəyir. Çünki prespektivdə Rusiyanın beynəlxalq hüquq instansiyalarında hüquqi məsələ qaldıra biləcəyindən narahatdır. Rusiya haqlı olduğu təqdirdə, məsuliyyət təkbaşına Belçikanın üzərinə düşəcək. O baxımdan da Belçika belə bir hüquqi təminat istəyir. Bu baxımdan indiyə qədər razılıq əldə olunmayıb. Düşünürəm ki, bu məsələ il sonuna qədər həllini tapa bilər. NATO Baş katibi Mark Ruttenin açıqlamasına görə, dekabrın sonuna qədər 5 milyard dollar civarında Ukraynaya əlavə silahlar verəcək. Lakin bu o demək deyil ki, Ukrayna Rusiyanın qarşısında  qaçıb digər Donbass ərazilərini Rusiyaya təhvil verəcək. Belə bir şey yoxdur, ukraynalılar döyüşür və sona qədər də döyüşməyə hazırdılar ki, hər hansı ərazi Rusiyaya verilməsin. Buna görə də, Rusiya üçün hər şeyin rahatlıqla baş verəcəyi ehtimalı mövcud deyil”.

“Sülh üçün Uitkoff vəzifəsindən azad edilməlidir”

Politoloq vurğulayıb ki, Uitkoff istefaya göndərilməyənə qədər normal, ədalətli, davamlı sülhün olacağına qətiyyən inamır:

“ABŞ-da Tramp və ya onun administrasiyasındakı Uikoff kimi Rusiyayönümlü naşı şəxslər var ki, onların istəkələrinə rəğmən heç də prosesi birmənalı olaraq, Ukraynanın əleyhinə döndərmək mümkün olmaycaq. Çünki ABŞ ictimaiyyəti də Rusiyayönümlü addımların əleyhinədir. Bu kontekstdə Trampın siyasi nüfuzu 30%-lərdə gəzməyə başlayıb. Bu son seçilən prezidentlər arasında ən aşağı faiz nümunəsidir. Bütün bunlar Donald Tramp və administrasiya tərəfindən nəzərə alınır. Bu sülh prosesi Trampın  xüsusi nümayəndəsi Uitkoffun rəhbərliyi altında davam etdikcə, dayanıqlı və ədalətli sülh olmayacaq. Uitkoffun Rusiyayönümlü davranışı eyni zamanda Ukrayna və Avropanın maraqlarını Rusiyaya qurban verərək prosesi davam etdirməsi, gördüyü işlər açıq şəkildə ifşa olunub. Aylardır ki, bunu təkrarlayır. Uitkoff naşı olduğu qədər, qeyri-ciddi, diplomatiya və siyasətdən xəbərsiz, o cümlədən Putinin ailəsinin ən yaxın adamlarından olan Krill Dmitriyevlə biznes tərəfdaşıdır. İstər Rusiyada, istər ərəb ölkələrində, ABŞ-ın özündə birgə biznes fəaliyyətləri olduğu bildirilir. Buna görə də Uitkoff istefaya göndərilməyənə qədər normal, ədalətli, davamlı sülhün olacağına qətiyyən inamıram. İndiki mərhələdə Tramp administrasiyası "müttəfiqlərinin" gözündən düşmüş vəziyyətdədir. Tramp doğrudur, gülərək, siyasi don geyindirməmək şərti ilə ifşadan qaçmaq istədi. Düşünürəm, bu o qədər də asan olmayacaq. Uitkoffun rəhbərliyi altında sülh danışıqları aparmaq mümkün olmaz. Çünki bu məsələlərdə tərəfsizliyə və inanca, etimada ehtiyac var ki, son ifşa prosesi ABŞ-a, onun nümayəndəsinə etimadı sarsıtdı”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:312
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Noyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri