Icma.az
close
up
RU
“Uitkoffun səs yazılarını ABŞ və ya Britaniya kəşfiyyatı yaya bilər...” “Sülh prosesini pozmağa çalışırlar”

“Uitkoffun səs yazılarını ABŞ və ya Britaniya kəşfiyyatı yaya bilər...” “Sülh prosesini pozmağa çalışırlar”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, "Bloomberg" Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Putinin köməkçisi Yuri Uşakov arasında, eləcə də Uşakov və Rusiya Birbaşa Yatırımlar Fondunun sədri Kiril Dmitriyev arasında oktyabr ayında baş tutmuş telefon danışıqlarının stenoqramını yayıb. 

Qeyd edək ki, qalmaqal ABŞ mediasında “bomba” effekti verib, sentor və konqresmenlər Uitkofun Rusiya-Ukrayna danışıqlarından kənarlaşdırılmasını tələb edirlər.

Qalmaqalı şərh edən siyasi təhlilçi Şahin Cəfərli bildirir ki, yayılan mətnlərdən Uitkofun hazırkı ABŞ administrasiyasında faktiki olaraq Rusiyanın təsir agenti kimi fəaliyyət göstərdiyi anlaşılır: “Məsələn, o, Zelenskinin ABŞ-yə son səfərindən 2 gün əvvəl, oktyabrın 14-də Uşakov ilə telefon söhbətində ona məsləhət görür ki, Putin Trampa zəng eləsin, Qəzzadakı sülhlə bağlı onu təbrik etsin, tərifləsin, sülh adamı adlandırsın. Yəni Uitkoff xarici liderə, üstəlik, müttəfiq və dost olmayan ölkənin ABŞ Prezidentini necə manipulyasiya etməyin yollarını öyrədir. Uitkoff Uşakova deyir ki, Qəzzada olduğu kimi, Rusiya-Ukrayna konfliktini də həll etmək və bu barədə plan hazırlamaq olar. Uitkoff Putinə dərin hörmət bəslədiyini və onun sülh istədiyini həmişə Trampa söylədiyini bildirir. Məlum olduğu kimi, Putin-Tramp telefon danışığı baş verir və Tramp çox məmnun qalır, Putinin sülh istədiyini, yaxın vaxtlarda Budapeştdə görüşəcəklərini açıqlayır. Tramp bir gün sonra Ağ Evə gələn Zelenskini əliboş qaytarır. Halbuki Ukraynaya "Tomahawk" raketləri verə biləcəyini söyləyirdi. 29 oktyabr tarixli Uşakov-Dmitriyev telefon söhbətində isə sülh planından danışılır.

Dmitriyev bildirir ki, sülh təkliflərini qeyri-rəsmi olaraq ABŞ tərəfinə verəcək. O deyir ki, amerikalılar yəqin tamamilə Rusiya versiyasını əsas götürməyəcəklər, amma buna maksimum yaxın bir sənəd ortaya çıxa bilər. Məlumdur ki, Dmitriyev ABŞ-a uçur və Uitkoffun Mayamidəki evində onunla, həmçinin Trampın kürəkəni Kuşnerlə görünür, nəticədə "28 maddəlik plan" ortaya çıxır”...

Maraqlıdır, Putinin köməkçisi Uşakovu dinləyən və onun telefon danışıqlarını məhz bu anda mediaya sızdıran güc kimdir?

Şahin Cəfərli bildirir ki, hər kimdirsə, böyük ehtimalla hazırkı sülh prosesini öz maraqları baxımından uyğun hesab etməyərək onu pozmağa çalışır. O, hesab edir ki, onların əllərində bu tip çoxlu sayda materiallar olduğuna şübhə yoxdur.

“Bu, ABŞ kəşfiyyatı da ola bilər, Britaniya kəşfiyyatı da. İstisna deyil ki, sülh planının 19 maddəlik son variantından məmnun qalmayan Rusiya da prosesin pozulmasında maraqlı ola bilər, amma bu, ağlabatan ehtimal kimi görünmür”, - o vurğulayıb.

Təhlilçi dövlət katibi Rubionun senatorlarla söhbətində Uitkoffun planını "Rusiya təklifləri" adlandırması və bundan sonra təşəbbüsü üzərinə götürərək Cenevrədə Ukrayna nümayəndə heyəti ilə danışıqlarda bədnam plana Ukrayna lehinə dəyişikliklər etməsi faktını da unutmamağı tövsiyyə edir.

Ş.Cəfərli vurğulayır ki, bu qalmaqalda şəxsi planda ən çox zərər çəkən Stiv Uitkoff ola bilər.

“Yayılan mətnlər, səs yazıları ilk növbədə onu zərbə altında qoyur. Artıq 2 respublikaçı Konqres üzvü hadisəyə münasibət bildirirək Uitkoffun kənarlaşdırılmasını tələb edib”, - o əlavə edib.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Noyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri