Ukarynada sülh üçün hər şey edirik Ərdoğan
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ankara Moskva və Kiyev ilə daimi əlaqədədir və münaqişənin həlli üçün bütün diplomatik imkanlarından istifadə edəcək.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Sülhə nail olmaq üçün səylərimizi davam etdiririk və etdirəcəyik. Həm Rusiya, həm də Ukrayna ilə əlaqədəyik. Mövcud impulsu daimi sülh üçün bir fürsət kimi qiymətləndiririk. Hər dəfə bu fürsətin əldən verilməməsinin vacibliyini xatırladırıq. Bu imkan pəncərəsini bağlamayaq. Sülh üçün bütün diplomatik güc və potensialımızdan istifadə edirik. Regionumuzda bu böyük yanğının söndürülməsi həm humanitar borcdur, həm də ölkəmizin maraqlarına uyğundur”, - Ərdoğan deyib.
Türkiyə lideri bildirib ki, mövcud sülh səyləri nəticəsində arzulanan kompromisə nail olunacağına ümid bəsləyir:
“Bütün dünya gördü ki, bu müharibə Avropanın təhlükəsizlik arxitekturasını və xüsusilə də enerji siyasətini əsaslı şəkildə dəyişdirdi. Avropa Birliyi enerji sahəsində Rusiyadan asılılığını azaltmaq yolları axtarır. Bu isə Türkiyə kimi enerji tranzit ölkələrinin geosiyasi əhəmiyyətini artırır”.
Baxış sayı:75
Bu xəbər 29 May 2025 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















