Icma.az
close
up
RU
Ukrayna ABŞ danışıqları: Davamlı və ədalətli sülh üçün altıncı görüş

Ukrayna ABŞ danışıqları: Davamlı və ədalətli sülh üçün altıncı görüş

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İki gün ərzində Sülh məsələləri üzrə xüsusi nümayəndə Stiven Vitkoff və Cared Kuşner Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Andrey Qnatov ilə görüş keçiriblər.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı Umerov özü verib.

Onun sözlərinə görə, görüş Ukraynada uzunmüddətli və ədalətli sülhə nail olmaq üçün real və təsirli yolun tapılmasına həsr olunub.

“Son iki həftə ərzində tərəflərin altıncı görüşü baş tutdu. Təsdiqlədim ki, Ukraynanın prioriteti ölkənin müstəqilliyinin və dövlət suverenliyinin qorunmasını təmin edən, ukraynalıların təhlükəsizliyini möhkəmləndirən və uğurlu demokratik gələcək üçün dayanıqlı əsas yaradan razılaşmadır”, – deyə o qeyd edib.

Umerov bildirir ki, iştirakçılar ABŞ tərəfinin Rusiya ilə son görüşünün nəticələrini və müharibənin başa çatmasına gətirib çıxara biləcək addımları müzakirə ediblər. “Amerika və Ukrayna tərəfləri təhlükəsizlik sahəsində razılaşmaların çərçivəsini də müəyyənləşdirdilər və davamlı sülhün təmin olunması üçün zəruri edən mexanizmləri müzakirə etdilər. Hər iki tərəf vurğuladı ki, istənilən razılaşmada real irəliləyiş Rusiyanın uzunmüddətli sülhə səmimi şəkildə sadiqlik nümayiş etdirməsindən — xüsusən də deeskalasiya və qətllərin dayandırılması istiqamətində addımlar atmasından asılıdır”, - deyə Təhlükəsizlik Şurasının katibi əlavə edib.

O diqqətə çatdırıb ki, ABŞ və Ukrayna tərəfləri müharibənin başa çatması, atəşkəs və deeskalasiyaya doğru real addımların yeni aqressiyanın qarşısının alınması və Ukraynanın bərpasına dair kompleks planın həyata keçirilməsi üçün zəruri olduğunu qeyd ediblər.

"Axios" nəşri yazırdı ki, Ukrayna və Rusiyanın ictimai mövqeləri bir-birinə zidd görünsə də, ABŞ ən mürəkkəb məsələ — ərazi məsələsində belə kompromis imkanlarının mövcud olduğuna inanır.

Nəşrə danışan mənbənin sözlərinə görə, Vitkoff və Kuşner Putinlə görüş barədə, həmçinin tərəfləri bir-birinə yaxınlaşdıra biləcək ideyalarla bağlı Ukrayna nümayəndə heyətini ətraflı məlumatlandırıblar.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Dekabr 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri