Ukrayna artıq Rusiyanın hərbi hədəflərinə uzaqmənzilli raketlərlə hücum edə bilər
Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Litva prezidenti Gitanas Nauseda hesab edir ki, Qərb ölkələrinin Rusiya ərazisinin dərinliklərinə qədər uzaq mənzilli raketlərlə hücumlara dair Ukraynaya qoyulan məhdudiyyətləri aradan qaldırması müharibədə dönüş nöqtəsi olacaq. Mətbuat Kiyevə belə icazənin Vaşinqton, London və Paris tərəfindən verilməsi barədə yazıb.
Bu barədə Litva dövlət başçısının “Tvitter” hesabında xəbər verilib.
Litva Prezidenti müvafiq qərarı alqışlayıb.
“Ukraynanın Rusiyadakı hərbi hədəfləri artıq uzaqmənzilli raketlərlə hədəfə ala biləcəyi gün gəlib çatdı, bu, Ukrayna üçün təcavüzkar Rusiyaya qarşı mübarizədə həlledici məqamdır”, - Nausėda sosial şəbəkədə yazıb.
Eyni zamanda, Litva lideri qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı irimiqyaslı hərbi təcavüzünə son qoymaq yalnız güclü mövqedən mümkündür.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 18 Noyabr 2024 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















