Icma.az
close
up
RU
Ukrayna Avropanı parçalayır: Brüssel müharibəyə sürüklənir

Ukrayna Avropanı parçalayır: Brüssel müharibəyə sürüklənir

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsi başlanğıcda Ukraynanın suverenliyi uğrunda mübarizə kimi təqdim olunsa da, proses uzandıqca əsas risk zonasının Avropa olduğu aydınlaşır. Enerji böhranı, iqtisadi durğunluq, hərbiləşmə və sosial narazılıqlar göstərir ki, müharibə Aİ-nin təhlükəsizlik və idarəetmə modelini iflasa uğradan katalizatora çevrilib. Bu baxımdan Ukrayna cəbhəsi Avropanın daxili zəifliklərinin güzgüsünə dönüb. Bu baxımdan müharibə Ukraynanı deyil, Avropanı strateji sınağa çəkir.

Rusiya-Ukrayna müharibəsi artıq təkcə Ukraynanın ərazi bütövlüyü və dövlətçiliyi məsələsi deyil. Münaqişənin uzanması Avropanın təhlükəsizlik arxitekturasını sarsıdır, Aİ daxilində siyasi parçalanmanı dərinləşdirir, iqtisadi resessiya və sosial narazılıqları artırır. Bu baxımdan Macarıctan baş naziri Viktor Orbanın Aİ-nin parçalanması və müharibəyə sürüklənməsi ilə bağlı ritorikası Ukraynadan çox Avropanın öz daxili böhranına fokuslanır. Orban müharibəni səbəb yox, nəticə kimi təqdim edir.

Orbanın fikrincə, Aİ liderlər Zirvəsində verilən bəzi qərar və təkliflər Ukraynadakı müharibəni alovlandırmaq və Rusiyanı daha da təhrik etmək məqsədi daşıyır: "Bu gün Avropada iki qruplaşma var. Biri müharibə qrupu, digəri sülh qrupudur. Hazırda müharibə tərəfdarı qrup dominantdır. Brüssel müharibə istəyir. Macarıstan olaraq biz sülh istəyirik".

Odur ki, Rusiya-Ukrayna müharibəsinin uzanması Avropada ciddi böhranlara yol açır. 

Aİ daxilində parçalanmanı dərinləşdirən ölkələr və cəbhələr formalaşıb

Avropa İttifaqı artıq vahid siyasi orqanizm kimi deyil, fərqli təhlükəsizlik baxışlarına malik bloklar şəklində hərəkət edir. Parçalanmaya səbəb olan əsas xətlər bunlardır:

- Macarıstan və Slovakiya müharibənin eskalasiyasına açıq şəkildə qarşı çıxır, Rusiya ilə dialoqu müdafiə edir;
- Fransa əvvəlcə sərt xətt tərəfdarı olsa da, indi Moskva ilə dialoqun zəruriliyini etiraf edir;
- Almaniya daxili siyasi böhran və iqtisadi zəifləmə fonunda liderlik rolunu itirir;
- Polşa və Baltik ölkələri isə müharibənin davam etdirilməsinin və Rusiyanın strateji məğlubiyyətinin tərəfdarıdır.

Bu ziddiyyətlər göstərir ki, Aİ-nin Ukrayna müharibəsinə dair vahid strategiyası yoxdur və bu, institusional parçalanmanı sürətləndirir.

ABŞ-da “America First” qüvvələri Avropa İttifaqının zəifləməsində maraqlıdır

Avropa İttifaqının daxili böhranı təkcə Avropadaxili proses deyil. ABŞ-da xüsusilə “America First” ideologiyasını dəstəkləyən siyasi və iqtisadi dairələr də mövcuddur. Onlar güclü və müstəqil Avropanı strateji rəqib kimi görür; Aİ-nin ABŞ-dan təhlükəsizlik asılılığının davam etməsində maraqlıdır; Avropanın parçalanmasını Vaşinqtonun qlobal dominantlığını qoruyan faktor sayır.
Bu baxımdan Aİ daxilində müharibə tərəfdarları ilə sülh tərəfdarları arasındakı qarşıdurma transatlantik maraqların toqquşmasının bir hissəsidir.

Viktor Orban da hesab edir ki, Rusiya-Ukrayna müharibəsinin əsas səbəbi Qərbi Avropanın siyasi, iqtisadi və sosial çöküşüdür. “Bu çöküş 2000-ci illərin ortalarında başladı və maliyyə böhranından sonra daha da sürətləndi. 20 il əvvəl Aİ-nin iqtisadi gücü ABŞ-ın gücünə yaxın idi, lakin bu gün ABŞ gücləndikcə Avropa geriləyir”, - o qeyd edib. 

Avropanın Ukraynadakı müharibədə iştirakının əsasını məhz bu reallıq təşkil edir. Bu da Aİ daxilində parçalanma prosesini gücləndirir.

Ona görə də amerikalı miyarder İlon Maskın bir müddət əvvəl Aİ-yə qarşı çıxışları təsadüfi deyil. Amerikalı milyarder İlon Maskın Avropa Birliyinin “ləğv edilməli olduğu” və suverenliyin milli dövlətlərə qaytarılması ilə bağlı bəyanatları sadəcə şəxsi fikir deyil. Onun bu fikirləri ABŞ-da yüksələn sağ-populist və anti-qlobalist xətlə üst-üstə düşür; Aİ-nin demokratik legitimliyini şübhə altına alır; Avropa daxilində mərkəzdənqaçma tendensiyalarını gücləndirir.

Mask faktiki olaraq Aİ-nin ideoloji dayaqlarına zərbə vuran informasiya aktoru rolunda çıxış edir və bu da Avropanın siyasi sabitliyini daha da sarsıdır.

Aİ Rusiya ilə birbaşa müharibəyə sürüklənə bilərmi?

Hazırkı proseslər göstərir ki, Avropa İttifaqı rəsmi olaraq müharibə istəməsə də, Kremlə qarşı çəkindirici siyasət yürütməsi, öz gələcək təhlükəsizliyi ilə bağlı tutduğu mövqe zəruri faktiki olaraq müharibəyə yaxınlaşdıran addım kimi dəyədləndirlir. Ukraynaya hərbi dəstəyin genişləndirilməsi; Rusiya aktivlərinin müsadirəsi təşəbbüsləri; Moskva ilə birbaşa dialoqun kəsilməsi bunu şərtləndirən amildir.

Bu strategiya Aİ-ni dolayı müharibə tərəfdaşı statusundan birbaşa risk zonasına gətirir. Əgər eskalasiya nəzarətdən çıxarsa, Avropa Rusiyanın cavab zərbələrinin əsas hədəfinə çevrilə bilər.

Rusiya üçün Ukrayna müharibəsi yalnız regional deyil, qlobal güc balansı məsələsidir. Əgər Moskva danışıqlar yolu ilə strateji məqsədlərinə nail ola bilməsə müharibənin coğrafiyasını genişləndirməklə təzyiqi artırmaq, nüvə və konvensional eskalasiya riski ilə Qərbi qorxutmaq, genişmiqyaslı müharibə ehtimalını masaya qoyaraq şərtlərini diktə etmək yolunu seçə bilər. Bu isə Avropa üçün ən təhlükəli ssenaridir. Çünki Aİ nə hərbi, nə siyasi, nə də psixoloji baxımdan genişmiqyaslı müharibəyə hazır deyil.

Bütün bu amillər onu deməyə əsas verir ki, Rusiya-Ukrayna müharibəsi fonunda Avropa üçqat təhlükə ilə üz-üzədir: daxili parçalanma, xarici təsir və manipulyasiya və genişmiqyaslı müharibə riski.

Əgər Avropa İttifaqı sülhü strateji məqsəd kimi müəyyən etməzsə, müharibə təkcə Ukraynanı deyil, Avropanın öz siyasi gələcəyini məhv edə bilər.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:178
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Dekabr 2025 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri