Icma.az
close
up
RU
Ukrayna Azərbaycan üçün buna hazırdır Sibiqa

Ukrayna Azərbaycan üçün buna hazırdır Sibiqa

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Avropada Azərbaycan üçün əsas enerji qovşağına çevrilməyə hazırdır.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa Bakıya səfərinin yekunlarına dair sosial şəbəkədəki hesabında yazıb.

"Avropa Birliyi kimi, biz də Azərbaycanı Avropanın enerji təhlükəsizliyinə əsas kontribiutor kimi görürük, tranzitdəki ekspertizamız və Avropanın ən böyük qaz anbarlarımız sayəsində buna töhfəmizi verməyə hazırıq", - o qeyd edib.

Sibiqa vurğulayıb ki, Azərbaycan Ukraynanın davamlı inkişafının gücləndirilməsi, ilk növbədə enerji sektorunda, eləcə də ədalətli və davamlı sülhə nail olmaq üçün son dərəcə mühüm tərəfdaşdır.

"Bütün bunlar barədə hər görüşdə ətraflı danışdım. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti və Ukraynanın dostu İlham Əliyevlə. Mən ona Ukraynanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə bağlı prinsipial mövqeyinə görə şəxsi minnətdarlığımı bildirdim. Ayrıca genişmiqyaslı işğalın ilk günlərində və ən ağır qış mövsümlərində Azərbaycanın humanitar və enerji dəstəyinə, ukraynalılar üçün sığınacağa, uşaqlarımızın sağalmasına və İrpenin bərpasına görə”, - nazir vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan strateji tərəfdaşdır və indi bu tərəfdaşlığa, xüsusən ən yüksək siyasi səviyyədə yeni təkan vermək vaxtıdır. Sibiqa xatırladıb ki, Ukrayna lideri Vladimir Zelenski və Azərbaycan Prezidenti İlham Əliyev də Davosda bu barədə razılığa gəliblər.

Nazirin sözlərinə görə, azərbaycanlı həmkarı, xarici işlər naziri Ceyhun Bayramov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşlərdə ticarət, investisiya və enerjiyə xüsusi diqqət yetirilməklə, ikitərəfli münasibətlərin bütün gündəliyini müzakirə ediblər.

"Biz yaxın vaxtlarda İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın keçirilməsi üzərində işləmək barədə razılığa gəldik", - Ukrayna XİN rəhbəri bildirib.

Bundan əlavə, tərəflər Azərbaycan biznesinin Ukraynadakı fəaliyyətini və investisiyaların artırılmasını ətraflı müzakirə ediblər.

Sibiqanın sözlərinə görə, Rusiyanın işğalına baxmayaraq, Ukrayna cəlbedici bazar və etibarlı tərəfdaşdır:

“Biz Ukrayna iqtisadiyyatına Azərbaycan investisiyalarını dəstəkləyəcək və qoruyacağıq”.

Nazir azərbaycanlı nazirləri ayrıca ölkəmizin sərmayələri və biznesləri üçün Aİ ilə danışıqlar prosesi və Ukraynanın Avropa Birliyinə üzvlüyünün perspektivləri barədə məlumatlandırıb.

Tərəflər həmçinin iyulun 10-11-də Romada Ukraynanın bərpası üzrə keçiriləcək konfransda Azərbaycan nümayəndə heyətinin iştirakını müzakirə ediblər.

"Bu kontekstdə biz minatəmizləmə sahəsində əməkdaşlığı müzakirə etdik, çünki Azərbaycanın yüksək təcrübəsi və Ukraynanın həqiqətən ehtiyacı olan texnologiyaları var", - o fikirlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://axar.az
archiveBu xəbər 27 May 2025 04:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see390

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see383

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see259

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see238

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see226

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see220

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see214

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see213

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see197

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see191

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see185

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see185

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see183

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see179

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see179

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see177

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see174

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see174

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri