Ukrayna Baydenin razılığından sonra ilk dəfə Rusiya ərazisinə ATACMS raketləri ilə zərbələr endirib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Silhalı Qüvvələri noyabrın 18-dən 19-na keçən gecə Rusiyanın Bryansk vilayətinə ABŞ-ın ATACMS raket sistemləri ilə zərbələr endirib.
APA xəbər verir ki, Rusiya Müdafiə Nazirilyi ümumilikdə altı raket atıldığını, onlardan beşinin vurulduğunu, birinin zədələndiyini açıqlayıb.
“Gecə yarısı Bryans vilayətində obyektlərdən birinə ballistik raketlərlə zərbələr endirilib. Dəqiqləşdirilmiş məlumata görə, hücumda ABŞ istehsalı olan ATACMS əməliyyat taktiki raketləri tətbiq olunub. Hava hücumundan müdafiə tədbirləri nəticəsində beş raket vurulub, biri zədələnib”, - deyə Ruisya Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Qeyd edək ki, bir gün əvvəl ABŞ Prezidenti Co Baydenin Ukraynanın Rusiya ərazilərinə ATACMS taktiki raketləri ilə zərbələr endirməsinə razılıq verdiyi barədə məlumat yayılıb.
ABŞ tərəfi belə bir razılığın verildiyini rəsmi təsdiqləməsə də, Ukrayna ATACMS taktiki raketlərini artıq tətbiq etməyə başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 19 Noyabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















