Icma.az
close
up
RU
Ukrayna böhranı Cənubi Qafqazın təhlükəsizliyinə ciddi problemlər yarada bilər Deputat

Ukrayna böhranı Cənubi Qafqazın təhlükəsizliyinə ciddi problemlər yarada bilər Deputat

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

"Qlobal siyasi düzəni geridönməz şəkildə dəyişən Rusiya-Ukrayna müharibəsi artıq tədqiqat mərkəzlərində beynəlxalq hərbi-siyasi böhran kimi təfsir olunur. ABŞ, Avropa və Rusiya kimi güc mərkəzlərinin qarşı-qarşıya dayandığı bu münaqişəni çoxdan “üçüncü dünya müharibəsi” adlandırırlar. Məsələ ondadır ki, 2022-ci ildə Kremlin Ukrayna cəbhəsində “blits-kriq”, yəni ildırımsürətli qələbə qazanacağını iddia edənlər bu gün konfliktin uzun illər səngiməyəcəyini proqnozlaşdırmağa başlayıblar. Bunun üçün bir neçə ciddi səbəb göstərilir. 

Əvvəla, münaqişə tərəfləri olan Rusiya və Ukrayna heç bir halda kompromisə gələ bilmir və Kremlin irəli sürdüyü sülh formulu Ukraynanın parçalanması kimi qiymətləndirilir. Üstəlik, 3 ildən bəri davam edən müharibə Ukrayna infrastrukturuna sağalmaz zərbələr vurub və müharibə bitsə belə, onun iqtisadi təsirlərini uzun müddət aradan qaldırmaq mümkün olmayacaq. İkincisi, problemlə birbaşa bağlı olan maraqlı tərəflər – ABŞ və Avropa İttifaqının qeyri-ardıcıl mövqeyi müharibənin yeni fazalara keçə biləcəyini istisna etmir".

Bunu Ölkə.az-a açıqlamadında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Onun fikrincə, analitiklər ən çox mütəhərrik mövqe kimi ABŞ-nin yürütdüyü dəst-xətti götürürlər. "Əgər Co Bayden dönəmində Ağ ev davamlı şəkildə Rusiyanın məğlubiyyətə uğradılması üçün bütün resursların səfərbər edilməsi təşəbbüsü ilə çıxış edirdisə, Donald Tramp məsələlərə bir qədər fərqli prizmadan, fərqli rakursdan baxır. Hətta bəzi hallarda ABŞ-nin indiki prezidentinin Ukrayna məsələsinə iqtisadi maraq prizmasından yanaşdığı bildirilir. Ukraynaya məxsus mineral ehtiyatlar barədə sazişin faktiki, təzyiqlər hesabına imzalanması Birləşmiş Ştatların obrazlı desək, müharibə üzərindən siyasi oyunlar oynadığı şəklində dəyərləndirilir. Lakin oyunlar bununla bitmir. Donald Trampın bəyanatlarında müşahidə olunan ziddiyyətlər Volodimir Zelenskini də çaş-baş qoyur və onu Qərbin ətəyindən daha israrla yapışmağa sövq edir.    
Məsələn, Donald Tramp Rusiya və Ukraynaya qarşı yeni addımlar atmaq niyyətində olduğunu bildirir. Başqa sözlə desək, o, “müharibəni mən bitirdim” deyilsin deyə Moskva və Kiyevi müharibənin sosial-psixoloji aspektlərini nəzərə almadan sülh masasına oturtmağa çalışır. Bu, baş vermədikdə isə həm Vladimir Putinə, həm də Ukrayna prezidentinə açıq ultimativ mesajlar ünvanlayır. Tramp administrasiyası və Konqresin qarşıdakı müddətdə verəcəyi qərarlar isə bütün dünya ictimaiyyətini intizarda saxlayır. Belə ki, Tramp Putinlə son telefon danışıqlarınnın nəticəsiz bitdiyini görərək “Yaxın günlərdə bir şey olacağını görəcəksiniz” deyir, Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqu Kiyevə göndərir, iyulun 14-ə təsadüf edəcək həmin görüşdə Ukraynaya silah təchizatı və hava hücumundan müdafiə sistemləri məsələlərinin müzakirəsi nəzərdə tutulur. Birləşmiş Ştatlar Konqresinin Senatında isə Silahlı Qüvvələr Komitəsi Ukraynaya növbəti illər üçün nəzərdə tutulmuş irihəcmli hərbi yardım paketini təsdiqləyir. Beləliklə, 2028-ci ilə qədər ABŞ Ukraynaya 500 milyon dollar həcmində hərbi yardım ayırmaq niyyətindədir. Komitənin təsdiqlədiyi 2026-cı il üçün ABŞ müdafiə büdcəsi haqqında qanun layihəsi isə Pentaqonu Ukrayna hökumətinə kəşfiyyat dəstəyi göstərməyə məcbur edir. Söhbət kəşfiyyat məlumatları, analitik hesabatlar və peyk görüntülərinin paylaşılmasından gedir. Bu, faktiki, okeanın o tayında “sərt xətt tərəfdarları”nın üstünlük qazandığı və prezident Trampın da həmin xətti yürüdənlərə dəstək verdiyi anlamına gəlir", - o qeyd edib.

Deputat əlavə edib ki, ancaq Ağ ev sahibinin siyasi gedişlərində bəzən sürprizlər ortaya çıxdığından – məsələn, İran məsələsində Tramp Tehrana 2 həftə vaxt verdiyini desə də, bu vəddən qısa müddət sonra İranın nüvə obyektlərinə zərbə endirdi – Ukraynaya maliyyə yardımları məsələsində tam arxayınlaşmaq olmaz: " Amerika liderinin bir neçə gün bundan öncə NATO-nun Haaqada keçirilən sammitinə hansı şərtlər daxilində qatıldığını yəqin ki, Avropa liderləri və Ukrayna prezidenti hələ unutmayıblar. Bəli, hazırda cənab Tramp Rusiyadan narazıdır və Moskva əleyhinə istənilən təklifi dəstəkləyə bilər. Bu xüsusda onun 14 iyul anonsu tək Kiyev və Moskvada deyil, qlobal güc mərkəzlərinin paytaxtlarında da səbirsizliklə gözlənilir. Bununla belə, bəzi qorxulu və sonu proqnozlaşdırılmayan hadisələrin baş verə biləcəyinə dair versiyalar irəli sürülür. Məsələn, bu günlərdə CNN kanalı hələ prezident olmamışdan öncə - 2024-cü ildə Trampın Moskva və Pekini bombalayacağı ilə bağlı səs yazısını yaydı. Odur ki, çoxları Ağ evdən Rusiya və Çinə dair çox mühüm qərarın veriləcəyini proqnozlaşdırır. Söhbət ciddi sanksiyaların tətbiqindən də gedə bilər. Özü də tək Rusiyaya yox, Rusiyadan enerji resursları alan bütün ölkələr ABŞ-nin sanksiyalarının təsiri altında qala bilər. Odur ki, hər kəs iyulun 14-də gözlənilən bu bəyanatın Ukrayna cəbhəsində hərbi-siyasi panoramanı dəyişə biləcəyi düşüncəsindədir".

Deputat bildirib ki, ABŞ-dən fərqli olaraq Avropa İttifaqına üzv dövlətlərin Ukrayna problemi ilə bağlı mövqeləri daha ardıcıl və prinsipial səciyyə daşıyır: " “Qoca qitə” təmsilçiləri Rusiyaya ən sərt sanksiyaların tətbiqində Vaşinqtondan daha çox israr edir və Kiyevə hərbi yardımların davamına çalışır. Doğrudur, onlar ABŞ-nin liderliyi olmadan Rusiya qarşısında Ukraynanı hərbi cəhətdən dəstəkləmək hesabına sona qədər dayana bilməyəcəklərini anlayırlar. Odur ki, avropalılar Birləşmiş Ştatlar prezidentinin “şıltaqlıqlar”ına bir qədər səbrlə yanaşır, Trampın tələb etdiyi kimi, yaxın illərdə hərbi büdcələrini artıracaqlarını vəd edirlər. Paralel olaraq Qərb dövlətləri iyulun 10-da Romada keçirilən “Ukraynanın bərpası” konfransında Kiyevə yardım məqsədilə 10 milyard avro verəcəkləri öhdəliyini götürdülər. 

Ukrayna trekində Almaniya da çox fəal addımlar atır. Bu ölkənin federal kansleri hesab edir ki, Rusiya Ukraynaya vurduğu ziyana görə 500 milyard avro kompensasiya ödəməlidir, əks halda, onun dondurulmuş aktivlərinə çıxış imkanı əlindən alınacaq. Qərb fəlsəfəsinə görə, beynəlxalq hüquq və ədalət prinsipinə uyğun olaraq, Rusiya işğal nəticəsində Ukraynaya dəyən maddi ziyana görə mütləq cavabdehlik daşımalıdır. Fridrix Merts yaxın zamanlarda ABŞ-dən “Patriot” hava hücumundan müdafiə sistemlərinin alınacağını və həmin sistemlərin dərhal Kiyevə ünvanlanacağını bildirir. Nəhayət, “Qoca qitə”nin daha 2 lider dövləti – Fransa və Böyük Britaniya Rusiyanın nüvə təhdidlərindən Avropanı müdafiə etməkdən ötrü hər iki ölkənin nüvə silahlarından birgə istifadə olunacağı barədə razılığa gəldilər. Bu, dolayısı, hazırda 5500 ədəd nüvə başlığına sahib Rusiyanı qarşıya almaq deməkdir. Doğrudur, Ukrayna cəbhəsində vəziyyət daha da mürəkkəbləşəcəyi təqdirdə London və Paris Rusiyaya qarşı yerüstü əməliyyatları stimullaşdıra bilər, lakin hər kəsə aydındır ki, ABŞ-nin dəstəyi olmadan bu mübarizədən qalib çıxmaq mümkün deyil. Tramp isə hələ ki, avropalıların xərclərini ödəmək və təhlükəsizliklərini qorumaq məsələsində o qədər də maraqlı görünmür. Bir sözlə, Fransa və Böyük Britaniyanın yaratdığı “Arzu edənlər koalisiyası” okeanın o tayından siyasi və hərbi asılılıqdadır".

O hesab edir ki, Kremlə Ağ Evin sanksiyalarına hazırdır: "ABŞ və Avropa dövlətlərinin son sərt bəyanatlarına Rusiyadan verilən cavablar da təəccüblü görünür. Məsələn, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidentinin ritorikasını şərh edərək deyir ki, Kreml Trampın sərt bəyanatlarına sakit yanaşır və Vaşinqtonla dialoqu davam etdirmək niyyətindədir. 
“The New York Times” nəşri isə Kremldəki mənbələrə istinadən xəbər verir ki, 
Vladimir Putin Vaşinqtondan gələn etirazlara əhəmiyyət vermir. Çünki, Moskva döyüş meydanında üstünlük qazandığını hiss edir və Ukraynanın müdafiə xəttinin yaxın aylarda dağılacağını düşünür. Nəşrə görə, hücumun dayandırılması Rusiya üçün istisnadır və Moskva Kiyevdən istədiyini almayınca, ona ünvanlanan xəbərdarlıqları yaxına buraxmayacaq. Hətta şimal dövlətinin ABŞ-nin yeni sanksiyalarına hazır olduğunu da deyirlər. Putin isə Ukrayna istiqamətində hərbi məqsədlərinə çatdıqdan sonra Trampla anlaşa biləcəyinə ümid bəsləyir.
Başqa bir media – “The Economist” nəşri yazır ki, Ukrayna müharibəsi Rusiyanın Cənubi Qafqaz üzərində nəzarətini sarsıda bilər. Xüsusilə, Azərbaycan və Ermənistan arasında sülh perspektivləri Kremlin regiona təsir imkanlarına ciddi zərbə vuracaq. Nəşr onu da qeyd edir ki, Rusiya-Ukrayna və İsrail-İran münaqişələrinə yaxın olan Cənubi Qafqaz supergüclərin geri çəkildiyi və orta güclərin ön plana çıxdığı mərhələni yaşayır. Ona görə də qlobal güclərin Ukrayna böhranı üzərindən irəli sürdükləri narrativlərin ziddiyyətli xarakteri Azərbaycanın yerləşdiyi coğrafi məkanın da təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər".

Mürtəza
Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 İyul 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri