Icma.az
close
up
RU
“YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır” Deputat

“YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır” Deputat

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Xalqın son dərəcə ağır və keşməkeşli günlərində, dövlətçiliyimizin ciddi sınaqlara məruz qaldığı, ölkənin vətəndaş müharibəsinin bir addımlığında durduğu bir dövrdə Azərbaycanın taleyini düşünən bir qrup ziyalı insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri, dünya miqyaslı peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər”.
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, əgər 1990-cı illərin əvvəllərində Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə müraciət edib onu yenidən hakimiyyətə dəvət etməsəydi, ölkəmiz daha böyük fəlakətlərlə üzləşə bilərdi. “Beləliklə, XX əsrin sonlarında Yeni Azərbaycan Partiyası ölkəni xilas etmək və böhrandan çıxarmaq üçün bütün mütərəqqi qüvvələrin vahid mərkəz ətrafında təşkilatlanması məqsədilə yaradıldı. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında olan misilsiz xidmətlərindən biri də məhz Yeni Azərbaycan Partiyasına rəhbərliyi ilk gündən öz əllərinə götürərək bu partiyanı qısa müddət ərzində müxalifət mövqelərindən iqtidar mövqelərinə daşıması olmuşdur.”
Millət vəkili YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilmiş partiyanın yeni Proqramının effektivliyini vurğulayaraq deyib: “YAP-ın beş fəsildən ibarət olan yeni Proqramında partiyanın siyasi dəyərlər və prinsiplər sistemini xarakterizə edən 10 əsas strateji istiqamət müəyyən olunub. İlk növbədə, yeni Proqramda Heydər Əliyev siyasi-ideoloji xəttinin partiyanın alternativsiz inkişaf yolu olduğu bir daha təsdiq edilib. Həmçinin ölkənin ümumi inkişaf konsepsiyasının əsasları kimi müstəqillik, Azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, siyasi varislik və təkamül prinsipləri qeyd olunub. Eləcə də hüquqi-demokratik cəmiyyətin qurulması istiqamətində konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyətin və demokratik ənənələrin inkişafı mütləq prioritetlər kimi müəyyən edilib. Qeyd olunmalıdır ki, YAP-ın strateji hədəflərindən olan “Ordu quruculuğu” və “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” konsepsiyaları bu gün ölkəmizdə və ümumilikdə Cənubi Qafqazda formalaşmış yeni reallıqların və gedən proseslərin fonunda öz aktuallıqlarını getdikcə artırırlar. 2003-cü ildən etibarən Yeni Azərbaycan Partiyasının inkişaf kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə uğurla davam etdirilir. Bunun nəticəsində, qısa müddət ərzində YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra ilk dəfə, 2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə oldu. Ulu Öndər Heydər Əliyev öz siyasi vəsiyyətində demişdi ki, bizim başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Dövlət başçımızın dediyi kimi, bu işlərin arasında ən vacibi sözsüz ki, Qarabağ probleminin həlli idi. Buna görə də Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bu problemi bütün işlərin mərkəzinə qoydu. Azərbaycan 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə 30 illik işğala son qoydu. 2023-cü il sentyabrın 19-da ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu gün işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın, eləcə də ölkənin təhlükəsizliyinin təmin olunması məqsədilə güclü ordu quruculuğu işinin davam etdirilməsi Yeni Azərbaycan Partiyasının da fəaliyyətinin prioritet istiqamətlərindən biridir”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Noyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri