Ukrayna çıxılmaz vəziyyətdə: Liderlər çətin qərar verəcək
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya kansleri Fridrix Merz və Fransa Prezidenti Emmanuel Makron Ukrayna lideri Vladimir Zelenskiyə Ukrayna böhranının həlli üçün kritik dövrün yaxınlaşdığını bildiriblər.
Globalinfo.az xəbər verir ki, bu bəyanat onların Londonda keçirilən görüşü zamanı səsləndirilib.
Ukrayna xəbər mənbələri bildirir ki, Avropa liderləri Avropanın potensial arsenalının əhəmiyyətini vurğulayıblar.
Eyni gün Britaniyanın “The Independent” qəzetinin məlumatına görə, Zelenski Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşməyi planlaşdırır.
Görüşdə əsas müzakirə mövzuları Ukrayna münaqişəsinin həlli yolları, Vaşinqtonun təhlükəsizlik zəmanətləri və potensial sülh təşəbbüslərinin nəzərdən keçirilməsi olacaq.
Fransa və Böyük Britaniyada məhdud maliyyə imkanlarının Ukraynaya verilən dəstəyin həcminə təsir etdiyi vurğulanır. Nəşrin mənbələrinə görə, bu maliyyə məhdudiyyətləri gələcək yardımların miqdarına və danışıqların gedişatına əhəmiyyətli təsir göstərə bilər.
Tahir Turan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 09 Dekabr 2025 00:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















