Ukrayna dairəsində qayda pozan sürücü “Mercedes”i vurdu VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Paytaxtın Xətai rayonu, Ukrayna dairəsində baş vermiş yol-nəqliyyat hadisəsi kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza bir müddət əvvəl günorta saatlarında qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobil, sol tərəfdən gələn eyni markalı maşınla toqquşub. Kadrdan göründüyü kimi, ağ rəngli “Mercedes”in sürücüsü dairəvi hərəkət təşkil olunmuş yolayrıcının keçilməsi qaydasını pozub.
Belə ki, o, dairə boyunca hərəkətdə olan avtomobili gözləmədən yoluna davam edib və bu zaman görüntünü qeydə alan maşını vurub.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsində qeyd olunur ki, dairəvi hərəkət təşkil olunmuş yolayrıcının qarşısında “4.3 – Dairəvi hərəkət” nişanı qoyulduqda, sürücülər dairə üzrə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 10 Dekabr 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















